Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həyat qayıdır. Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı olmuşdu. Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, bizim "Böyük Qayıdış"ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu ilə bağlı oldu.
Düşmənin işğal etdiyi digər ərazilər kimi, tarixi, mədəniyyət və memarlıq, qəbirüstü abidələrlə zəngin olan Cəbrayıl şəhəri, eləcə də rayonun kəndləri dağıdılmışdı. Tarixin izini itirmək məqsədilə düşmən mədəni, tarixi, dini abidələrimizi, hətta qəbiristanlıqları viran qoymuş, vandalizm aktları, ekoloji terror həyata keçirmiş, daşı daş üstündə qoymamışdı. Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. Mədəni, dini abidələri, qəbirstanlıqları təbiəti məhv etməklə tarixi dəyişmək mümkün deyil. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti illər keçsə də dəyişdirmək olmaz.
44 günlük Vətən müharibəsinin hər günü, hər saatı müstəqil Azərbaycanı şanlı Zəfərə apardı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi.
44 günlük Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Ölkə Prezidentimiz, Ali Baş Komandan dahi siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız kimi də Cəbrayıl da azadlığına qovuşdu. Bu gün o torpaqlar gülə-gülüstana çevrilir. Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla cəbrayıllılara 4 oktyabr - Cəbrayıl Şəhər Gününü hədiyyə etdi.
6 il əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.
Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində işğal altında qalan tarixi, əzəli-əbədi torpaqları azad edildiyi kimi, indi də eyni coşqu ilə həmin yurd yerləri çənnətə çevrilir.
Qürurverici haldır ki, cəbrayıllılar bu gün Şəhər Gününü təntənə ilə qeyd edir, illərlə həsrətlərini çəkdikləri doğma yurda qaydışın bayram sevincini yaşayırlar.

Türkan Cümşüdova -YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 250
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29.09.2026 280
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 275
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 213
.

42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?

Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə

29.09.2026 367
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 199
.

Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual

Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə

29.09.2026 214
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 206
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 66
.