Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama

Həmin şagird sığınacağa yerləşdirilib? - AçıqlamaBir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sığınacağa yerləşdirilmədiyini deyib.

O qeyd edib ki, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində bir müddət orada qalıb, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə ailəsinin yanındadır və təhsilini davam etdirir.

Binəqədidəki Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov Bizim.media-ya açıqlamasında şagirdin məktəbdən xaric edilmədiyini vurğulayıb.

Direktor əlavə edib ki, hadisə məktəbdən kənarda baş verib, şagirdin makiyajlı gəlməsi ilə bağlı isə sadəcə daxili qaydalara uyğun olaraq xəbərdarlıq edilib.

"Yeniyetmə qız sosial şəbəkədə yayılan görüntüləri sadəcə "layk" xatirinə paylaşdığını və bunun bu qədər geniş müzakirələrə səbəb olacağını düşünmədiyini bildirib. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb".

Hazırda qızın məktəbə gəlmədiyini deyən direktor qeyd edib ki, sinif rəhbəri şagirdin valideyni ilə əlaqə saxlayıb. Valideyn tərəfindən məktəbə bildirilib ki, yeniyetmə sığınacağa yaxın ərazidə yerləşən başqa məktəbdə dinləyici qismində dərslərdə iştirak edəcək:

"Kəmalə xanım deyib ki, qız sığınacağa yerləşdirildiyi üçün hazırkı mərhələdə sistem bağlı olduğundan onun məktəbə gedib-gəlməsi çətin olacaq. Buna görə də sığınacağa yaxın məktəbdə dinləyici kimi dərslərdə iştirak edəcək. Sistem açıldıqdan sonra isə yerdəyişmə həyata keçiriləcək və şagird bizim məktəbdən başqa məktəbə köçürüləcək", - direktor bildirib.

Ə.Əkbərov vurğulayıb ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur:

"Qızın sığınacağa yerləşdirilməsi ilə bağlı biz heç kimə müraciət etməmişik. Bu, valideynin öz arzusu və istəyi ilə həyata keçirilib. Hətta bildiyim qədəri ilə valideyni də bildirib ki, tək qadındır, maddi imkanı yoxdur və qızını saxlamaqda çətinlik çəkir".

Direktor əlavə edib ki, şagird və valideyni istədiyi halda yeniyetmənin yenidən 217 nömrəli tam orta məktəbdə təhsil alması mümkündür:

"Şagird yerdəyişmə etmək istəməsə və yenidən bizim məktəbdə oxumaq istəsə, onun məktəbimizə qayıtmasına kömək edə bilərik. İndiyədək həmin şagirdin davranışı ilə bağlı müəllimlər tərəfindən hər hansı narazılıq bildirilməyib. Qiymətləri o qədər də yüksək olmasa da, intizamlı şagird olub. Onunla bağlı ilk dəfədir belə hal yaşanır".

Əbülfət Əkbərov hadisənin məktəbdən kənarda baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yeniyetmənin makiyajla məktəbə gəlməsi ilə bağlı isə məktəbin daxili qaydaları çərçivəsində tədbir görülüb.

"Əslində həmin addımın məktəbə aidiyyəti yoxdur, hadisə evdə baş verib. Lakin qız makiyajla məktəbə gəldikdə dərsə buraxılmayıb və girişdə ona makiyajını silməsi bildirilib. O da sanitar qovşaqda özünü səliqəyə saldıqdan sonra dərsə keçib. Dırnaqları da uzun idi. Lakin məktəbdə gigiyenik qaydalara əsasən dırnaqlarının kəsilməsi tələb olunmayıb, sadəcə valideyninə məlumat verilib ki, şagird məktəbə uzun dırnaqla gəlməsin. Valideyn də bunu nəzərə alıb", - deyə direktor əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28.09.2026 398
.

2027-ci ildə yaşayış minimumu nə qədər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə yaşayış minimumunun hansı səviyyədə müəyyənləşdiriləcəyi əhali üçün əsas gözləntilərdən birinə çevrilir. Ərzaq və gündəlik tələbat mallarının qiymətləri, inflyasiya və əhalinin gəlirlərindəki dəyişikliklər fonunda gələn il üçün yaşayış minimumunun hansı məbləğdə olacağı sual doğurur. Bə

11:12 238
.

Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərkəzinə çevrilir

"Qarabağın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatı üçün yeni və böyük iqtisadi məkanın dövriyyəyə qaytarılması deməkdir. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaqlar, təbii ehtiyatlar, kənd təsərrüfatı imkanları və sənaye potensialı yenidən iqtisadi fəaliyyətə cəlb olunur. Qaraba

12:16 146
.

Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual

Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə

13:00 155
.

Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə

12:05 142
.

Vətəndaş Nar-dan şikayətləndi

Vətəndaş Nar operatorundan şikayətçidir. xəbər verir ki, vətəndaşın sözlərinə görə, onun nömrəsində 5 gündür texniki problem yaranıb və bu səbəbdən heç bir yerə zəng edə bilmir. Şikayətçi bildirib ki, problem aradan qaldırılmadığı halda Nar tərəfindən ona nömrənin birtərəfli bağlanacağı ilə bağlı SM

28.09.2026 289
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

13:05 212
.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

13:17 151
.

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikas

12:18 221
.