Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər
ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər.
Bu barədə CNBC telekanalı məlumat yayıb.
Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildirib ki, ABŞ-nin dizel ixracını məhdudlaşdırması Avropa bazarında qiymətləri görünməmiş həddə çatdıra bilər.
Onun sözlərinə görə, son aylarda Avropaya idxal olunan dizel yanacağının təxminən yarısı ABŞ-nin payına düşür.
Ekspert vurğulayıb ki, hələlik heç bir məhdudiyyət tətbiq edilməyib və Vaşinqtonun belə bir qərar qəbul edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Avropalı neft treyderlərinin əksəriyyəti isə ABŞ-ın bu addımı atacağına şübhə ilə yanaşır. Onların fikrincə, ixrac qadağası Amerika neft şirkətləri üçün də ciddi problemlər yarada bilər.
Benedikt Corc hesab edir ki, məhdudiyyətlər tətbiq olunarsa, onların müddəti iki-üç aydan çox olmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə administrasiyasının dizel yanacağının ixracına qadağa qoyulması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin enerji, xüsusən də dizel yanacağı siyasətinə yanaşması təbii ki, öz dövlət maraqlarından irəli gəlir:
"Dizel ixracına qadağa qoyulması qlobal bazarlarda bu yanacaq növünün bahalaşmasını daha da sürətləndirə bilər. Lakin burada əsas məqam odur ki, hazırda ABŞ-nin daxili bazarında da dizel yanacağı ilə bağlı ciddi problemlər və qiymət artımı müşahidə olunur. Tramp administrasiyasının bu mənfi prosesin qarşısını almaq üçün müvəqqəti də olsa dizel ixracını dayandırması istisna edilmir. Bu addım həm ABŞ daxilində dizel yanacağının qiymətini tənzimləyə, həm də bahalaşmanın digər sahələrə təzyiq göstərməsinin qarşısını ala bilər. Bu, Ağ Evin daxili faktorları nəzərə alaraq ata biləcəyi addımlardan biridir".
Müsahibimizin sözlərinə görə, ABŞ-nin dizel ixracını dayandırması Avropa bazarları üçün sarsıdıcı zərbə ola bilər:
"Lakin Tramp administrasiyasının Avropanın maraqlarını düşünəcəyi qətiyyən inandırıcı görünmür. Ağ Evdə onsuz da Avropa ölkələrinə qarşı mənfi münasibət var və bu ölkələrə təzyiqlərin artırılmasına üstünlük verilir. Son zamanlar Avropa Birliyi ilə Kanada arasında müşahidə olunan yaxınlaşma da Tramp administrasiyasını ciddi şəkildə narahat edir. Hətta Kanadanın AB ilə olası yaxınlaşması fonunda Tramp administrasiyası Avropa Birliyini sərt sanksiyalar və gömrük siyasəti ilə təhdid etmişdi. Bu da göstərir ki, Avropa Birliyinin addımları ABŞ-nin maraqlarına qarşı olan faktorlar sırasındadır".
Analitik qeyd edib ki, Donald Tramp hazırda Avropa ölkələrinin maraqlarını və ya ABŞ-Avropa münasibətlərini qorumağa həvəs göstərmir:
"Ağ Evdə hesab edirlər ki, Avropa ölkələri ABŞ-nin maraqları ilə hesablaşmağa borcludur. Bu durum ABŞ-nin hegemon davranış vərdişlərindən qaynaqlanır. Qarşılıqlı münasibətlərin bundan artıq gərginləşmə ehtimalı aşağı olsa da, ABŞ-nin Avropa ölkələrinə təzyiqlərini artıracağı qətiyyən istisna olunmur".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 168 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888