"Qələbəmizi informasiya kampaniyasına qurban verməməliyik" - Zahid Oruc

"Qələbəmizi informasiya kampaniyasına qurban verməməliyik" - Zahid Oruc"Sovet Birliyi dağıldıqdan sonra torpaqlarımızın işğalı, 1 milyona yaxın köçkünün yaranması və humanitar fəlakətlərlə üzləşsək də, bu problemləri ilk dövrlərdə beynəlxalq müstəviyə çatdıra bilmirdik. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin BMT tribunasından etdiyi tarixi çıxış strateji bir dönüm nöqtəsi oldu. O, BMT qətnamələrinin icrasızlığının təşkilatın nüfuzuna zərbə vuracağını bildirmiş, Ermənistana çağırış edərək torpaqlarımızın azad olunacağına inam ifadə etmişdi. Həmin dövr üçün bu, son dərəcə qətiyyətli mövqe idi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu gün BMT zəifləmiş, parçalanmış və Serbiya prezidenti Vuçiçin qeyd etdiyi kimi 65 aktiv konfliktlə üz-üzə qalmış bir vəziyyətdədir:

"Lakin Azərbaycan bu sıradan çıxmağı bacaran tək ölkədir. Prezident İlham Əliyevin liderliyi ilə BMT qətnamələrinin güc yolu ilə icra olunması, əslində, dünyanın bir nömrəli təşkilatının nüfuzunu xilas edən hadisə oldu. Azərbaycan zalda nümayəndəsinin olub-olmamasından asılı olmayaraq, müstəqil siyasətini yürütməyə davam edir. Zəfərimizin ildönümü ərəfəsində Türkiyə mediasında aparılan mənfi kampaniyalar generatesiya edən qüvvələr fərqində olmalıdırlar ki, bu addımlar Ermənistandakı sülh əleyhinə olan dairələrin mövqeyini gücləndirir. Bu kimi proseslər hər iki ölkənin rəsmi strukturları və media orqanları tərəfindən tənzimlənməlidir. Əks halda, bu durum Türk Dövlətləri Təşkilatına və regional sülhə ziyan vurmaq istəyən "kripto qüvvələrə" imkan yaradır. Hazırda Azərbaycan və Türkiyənin siyasi gündəliyi daha fərqli və ciddi məsələlər üzərində qurulmalıdır".

Deputat əlavə edib ki, Azərbaycan İsraillə münasibətlərini heç vaxt Fələstin xalqının mənafelərinin əleyhinə qurmayıb:

"BMT zalını tərk etmək kimi aksiyalar Fələstin xalqının real vəziyyətini dəyişmir. Hətta Fransa prezidenti Makron kimi Liderlərin bu məsələdə "canıyanan" rolunu oynaması sadəcə geostrateji və siyasi dividend toplamaq məqsədi daşıyır. Əksinə, Azərbaycanın İsrail ilə saxladığı münasibətlər zaman-zaman Türkiyə-İsrail təmaslarında Bakının neytral və etibarlı bir diplomatiya platformasına çevrilməsinə şərait yaradıb. Biz qazandığımız qələbəni və dövlət maraqlarımızı mənfi informasiya kampaniyalarının qurbanına çevirməməliyik. Türkiyə rəhbərliyinin (AKP hökumətinin) verəcəyi rəsmi bəyanatlar bu məsələləri tamamilə tənzimləyə bilər".

Zahid Orucun sözlərinə görə, Türkiyə mediası diqqəti lüzumsuz polemikalara deyil, daha strateji mövzulara yönəltməlidir:

"Məsələn, prezident Ərdoğanın "Dünya 5-dən böyükdür" prinsipinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasında işğala məruz qalıb öz gücü ilə qalib gələn bir ölkə kimi Azərbaycanın da təmsilçilik hüququ gündəmə gətirilməlidir. Bu, hər iki qardaş ölkənin strateji maraqlarına daha çox xidmət edər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 188   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağın azadlığı Azərbaycan iqtisadiyyatına nə qazandırdı?

"Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi yalnız siyasi və hərbi nəticələri ilə deyil, ölkənin iqtisadi inkişaf perspektivləri baxımından da yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan üçün yeni iqtisadi məkanı

12:08 161
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27.09.2026 282
.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa

12:35 156
.

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər

27.09.2026 329
.

Məktəbin maliyyələşməsində yeni mərhələ: yeni sistem məktəblərə nə verəcək?

"Azərbaycan təhsil sistemində məktəblərin maliyyələşdirilməsi ilə bağlı yeni mərhələ başlayır. Prezident İlham Əliyevin dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı imzaladığı Fərmana əsasən, 2026-2027-ci tədris ilindən dövlət məktəblərinin büdcə hesabın

11:34 163
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

14:13 125
.

Pakistan qüvvələri Əfqanıstana hücum edib

Pakistan qüvvələri Əfqanıstanın cənubundakı Qəndəhar əyalətinə hücum edib. xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid "Tolo News"a bildirib. Onun sözlərinə görə, Pakistan qüvvələri Qəndəhar əyalətinin ərazisinə zərbə endirib. Hərbi insident Qəndəharın doqquzunc

10:46 142
.

Keşişi öldürüb 4 nəfəri yaralayan şəxs saxlanıldı

Polşada keşişi öldürən və daha dörd nəfəri yaralayan Ukrayna vətəndaşı həbs edilib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Hadisə Polşanın Subkarpat voyevodalığındakı Yaroslav abbatlığının ərazisində baş verib. Hadisə nəticəsində keşiş həyatını itirib, dörd nəfər isə yaralanıb. Yaralılarda

11:08 133
.

Baş prokuror prokurorluq əməkdaşlarına medallar təqdim edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BİG.AZ xəbər verir ki, medallar Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbird

12:36 173
.