ABŞ və Rusiya yeni silah sazişinə hazırlaşır? - Kremldən açıqlama

ABŞ və Rusiya yeni silah sazişinə hazırlaşır? - Kremldən açıqlamaABŞ-la silahlara nəzarət sahəsində razılaşmanın əldə olunması uzun və hərtərəfli hazırlıq tələb edir. Buna görə də nəticələrin qısa müddətdə əldə olunması gözlənilmir.

BiG.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun bu sahədə razılaşma əldə etmək istəyini şərh edərkən deyib.

Peskov bildirib ki, bu, çox mürəkkəb məsələdir və uzunmüddətli, diqqətli, eləcə də ekspert səviyyəsində danışıqların aparılmasını tələb edir.

"Bu, çox mürəkkəb məsələdir və çox uzun, diqqətli və ekspert səviyyəsində danışıqlar tələb edir. Buna görə də, istənilən halda, bu, uzun müddət davam edəcək bir proses olacaq", - deyə Peskov qeyd edib.

Strateji sabitlik üzrə sonuncu Rusiya-ABŞ razılaşması olan "Yeni START" müqaviləsinin müddəti fevral ayında başa çatıb. Vaşinqton gələcəkdə yeni razılaşmanın əldə olunmasının vacib olduğunu bildirib və bu sənədə Çinin də daxil edilməsini istəyib.

Çin lideri Si Cinpin Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ-ın iştirakı ilə bu məsələ üzrə üçtərəfli danışıqların keçirilməsini istədiyini yenidən bəyan edib. Çin isə nüvə arsenalının belə bir müzakirəyə səbəb olacaq qədər böyük olmadığını bildirir.

Kremldən bildirilib ki, yeni razılaşma əlavə danışıqlar və ümumi razılığın əldə olunmasını tələb edəcək. Həmçinin sənəddə yalnız Rusiya və ABŞ-ın deyil, Avropadakı ABŞ müttəfiqləri - Böyük Britaniya və Fransanın malik olduğu nüvə silahlarının da nəzərə alınması zəruri olacaq.

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 88   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pentaqon daha bir amerikalı hərbçinin öldüyünü açıqladı

Pentaqonun ictimai məlumat bazasında daha bir amerikalı hərbçinin ölümü barədə məlumat dərc edilib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Məlumata görə, ölən hərbçi 37 yaşlı ABŞ ordusunun kapitanı Bianka Uilkersondur. O, sentyabrın 18-də qeyri-döyüş hadisəs

10:38 156
.

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorlu

14:46 229
.

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. BİG.AZ xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatl

10:11 146
.

"Qələbəmizi informasiya kampaniyasına qurban verməməliyik" - Zahid Oruc

"Sovet Birliyi dağıldıqdan sonra torpaqlarımızın işğalı, 1 milyona yaxın köçkünün yaranması və humanitar fəlakətlərlə üzləşsək də, bu problemləri ilk dövrlərdə beynəlxalq müstəviyə çatdıra bilmirdik. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin BMT tribunasından etdiyi tarixi çıxış stratej

15:40 208
.

"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV

"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"

12:49 198
.

"Azərbaycan heç kimin vassalı deyil!" - Türkiyədəki kampaniyaya sərt reaksiya

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri zalı tərk edib. Azərbaycan nümayəndəsinin isə zalda qalması Türkiyə sosial mediasında müzakirələrə və Azərbaycana qarşı kampaniyaya səbəb olub. Ənənəv

11:17 188
.

Çində "varlı oğlan - kasıb qız" mövzulu seriallara məhdudiyyət

Çin hökuməti son dövrlərdə ölkədə geniş populyarlıq qazanan mikro-dramalara qarşı nəzarəti gücləndirib. Axşam.az xəbər verir ki, Çinin Dövlət Radio və Televiziya Administrasiyası mikro-dramalarda bəzi məzmunlara qarşı iki aylıq xüsusi yoxlama kampaniyasına başayıb. Yeni tədbirlər çərçivəsində seriallard

10:34 162
.

Ukraynanın Xarkov şəhərində Rusiya bombalı hücumu nəticəsində 22 nəfər yaralanıb, mer bildirib

Ukraynanın şimal-şərqindəki ikinci ən böyük şəhəri Xarkovda bir mənzil binasına düşən Rusiya hava bombası nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi səhər saatlarında Telegram-da şəhər meri İqor Terexov bildirib. Paytax

13:03 184
.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa

12:35 161
.