"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV
"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"a açıqlamasında danışıqların bu həftə davam etdirilə biləcəyini bildirməsi onu göstərir ki, diplomatik kanal tam bağlanmayıb.
Digər tərəfdən, "The Wall Street Journal"ın yazdığına görə, Tramp administrasiyası daxilində müharibənin gələcək mərhələsi ilə bağlı daha sərt ssenarilər də müzakirə olunur. Xüsusilə, noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi barədə məlumat diqqət çəkir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, İsrail istiqamətində də vəziyyət diqqətlə izlənilməlidir. "The Jerusalem Post"un son məlumatlarında İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğu və regionda mümkün yeni eskalasiya ssenarilərinin gündəmdə qaldığı görünür. Eyni zamanda, həmin nəşrin son yeniliklərində Trampın İrana qarşı zərbələri yeniləmək ehtimalını nəzərdən keçirdiyi də qeyd olunur.
"Hesab edirəm ki, hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər. Amma qarşılıqlı tələblər kifayət qədər sərtdir. İran atəşkəs və danışıqlar üçün müəyyən şərtlər irəli sürür, Vaşinqton isə nüvə məsələsi və digər təhlükəsizlik tələblərini ön plana çıxarır.
Ona görə də qarşıdakı günlərdə əsas sual diplomatiyanın nəticə verib-verməyəcəyidir. Əgər danışıqlar tərəflərin mövqelərini yaxınlaşdıra bilməsə, hərbi eskalasiya təhlükəsi yenidən arta bilər. Bu isə təkcə İran və İsrail üçün deyil, bütün Yaxın Şərq, enerji bazarları və xüsusilə Hörmüz boğazından asılı olan qlobal nəqliyyat üçün ciddi nəticələr yarada bilər.
Azərbaycan baxımından isə bu proseslər diqqətlə izlənilməlidir. Çünki regionda baş verən hər bir böyük eskalasiya enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və ümumilikdə Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsir göstərə bilər. Burada ən vacib məsələ Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunmasıdır." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 145 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağın azadlığı Azərbaycan iqtisadiyyatına nə qazandırdı?
"Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi yalnız siyasi və hərbi nəticələri ilə deyil, ölkənin iqtisadi inkişaf perspektivləri baxımından da yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan üçün yeni iqtisadi məkanı
12:08 122 Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
12:44 132 ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI
ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə
27.09.2026 233 Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
10:17 164 Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27.09.2026 219 Bakıdan dünyaya açılan imkanlar
Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı
12:14 115 SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub
27.09.2026 607 "Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV
"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"
12:49 109 Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27.09.2026 194