Azərbaycanın investisiya xəritəsi dəyişir: Yeni iqtisadi prioritetlər açıqlanıb

Azərbaycanın investisiya xəritəsi dəyişir: Yeni iqtisadi prioritetlər açıqlanıbPrezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısının çıxışı Azərbaycanın qarşıdakı dövrdə iqtisadi siyasətinin əsas istiqamətləri barədə kifayət qədər aydın təsəvvür yaratdı. Çıxışda diqqət çəkən əsas məqamlar sırasında qaz hasilatının artırılması, bərpaolunan enerjinin genişləndirilməsi və ölkənin aşağı xarici borc yükü xüsusi yer tutdu.

Qaz hasilatının artırılması Azərbaycanın enerji imkanlarını yenidən genişləndirir. Prezident "Abşeron" yatağının tammiqyaslı işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının qəbul ediləcəyini və layihənin 3-4 il ərzində Azərbaycanın qaz hasilatına əlavə 5 milyard kubmetr qaz gətirəcəyini bildirib. Forum çərçivəsində SOCAR, XRG və "TotalEnergies" arasında bununla bağlı sənədlər də mübadilə olunub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan uzun illərdir enerji ixrac edən ölkə kimi tanınır. Lakin məsələ artıq yalnız mövcud neft və qaz ehtiyatlarının ixracından ibarət deyil. Dünya enerji bazarında dəyişən şərtlər, Avropanın enerji təhlükəsizliyi və yeni enerji marşrutlarının əhəmiyyətinin artması Azərbaycanın resurslarından daha səmərəli istifadə etməsini zəruri edir:

"Bu baxımdan "Abşeron" layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əlavə qaz hasilatı həm daxili tələbatın təmin edilməsinə, həm də ixrac imkanlarının qorunmasına şərait yarada bilər.

Digər tərəfdən, enerji siyasətində yeni potensialların axtarışı da diqqət çəkir. Prezident "Exxon" şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə müqavilənin imzalanacağını açıqlayıb. Forum çərçivəsində SOCAR ilə "ExxonMobil" arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatına dair Hasilatın Pay Bölgüsü Sazişi ilə bağlı sənədlər mübadilə olunub.

Bu, Azərbaycanın mövcud yataqların istismarı ilə kifayətlənmədiyini, yeni potensialların araşdırılmasına və beynəlxalq şirkətlərin texnologiya və kapitalının enerji sektoruna cəlb edilməsinə maraqlı olduğunu göstərir.

Bununla paralel olaraq, bərpaolunan enerji də Azərbaycanın enerji siyasətində əsas istiqamətlərdən biri kimi önə çıxır. Prezident bildirib ki, qarşıdakı beş il ərzində Azərbaycanda bərpaolunan enerji mənbələri geniş şəkildə mövcud olacaq. Azərbaycanın məqsədi elektrik enerjisi istehsalında təbii qazdan istifadənin həcmini azaltmaq və qənaət olunan qazı ixraca yönəltməkdir.

Bu yanaşma enerji siyasətində iki istiqamətin paralel inkişafını göstərir: bir tərəfdən neft-qaz hasilatının artırılması, digər tərəfdən isə enerji istehsalında bərpaolunan mənbələrin payının yüksəldilməsi.

Azərbaycanın günəş və külək potensialından istifadə edilməsi gələcəkdə ölkənin enerji sisteminin strukturunu dəyişməklə yanaşı, yeni investisiya və ixrac imkanları da yarada bilər. Xüsusilə elektrik enerjisinin ötürülməsi üçün yeni infrastrukturun yaradılması bu prosesin əsas şərtlərindən biridir.

Prezidentin çıxışında elektrik enerjisi ilə yanaşı, enerjiötürücü xətlər, enerji saxlanc sistemləri və regional bağlantılar da perspektiv istiqamətlər kimi təqdim olunub. Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında enerji bağlantılarının genişləndirilməsi istiqamətində layihələr üzərində işləyir. Qara dəniz sualtı elektrik kabeli də bu baxımdan mühüm layihələrdən biridir.

Beləliklə, Azərbaycanın enerji siyasətində söhbət yalnız neft və qazdan getmir. Qarşıdakı mərhələdə elektrik enerjisi, bərpaolunan mənbələr, enerji saxlanc sistemləri və ötürücü xətlər də ölkənin regional enerji rolunun genişlənməsində mühüm yer tuta bilər.

Azərbaycan üçün digər mühüm üstünlük isə maliyyə sabitliyidir. Prezident bildirib ki, Azərbaycanın dövlət borcu ÜDM-in 20 faizini təşkil edir, xarici borcun ÜDM-ə nisbəti isə 5,6 faizdir. Dövlət başçısının sözlərinə görə, valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir və bu səbəbdən xarici borcu bir gündə sıfırlamaq mümkündür.

Bu göstəricilər investorlar üçün mühüm iqtisadi mesajdır. Çünki investisiya qərarlarında ölkənin təbii resursları ilə yanaşı, maliyyə vəziyyəti, borc yükü və makroiqtisadi sabitlik də nəzərə alınır.

Aşağı xarici borc dövlətə daha geniş maliyyə manevri imkanı yaradır. Qarşıdakı dövrdə enerji, bərpaolunan enerji, nəqliyyat, logistika, rəqəmsal infrastruktur və digər sahələrdə iri investisiyalara ehtiyac olduğu nəzərə alınarsa, maliyyə sabitliyi Azərbaycanın əsas üstünlüklərindən birinə çevrilə bilər.

Burada diqqətçəkən məqam Azərbaycanın investisiya siyasətinin yalnız enerji sektoru ilə məhdudlaşmamasıdır. Prezident çıxışında logistika və nəqliyyat, rəqəmsal infrastruktur, data mərkəzləri, mədənçilik və ərzaq təhlükəsizliyi kimi sahələri də potensial inkişaf istiqamətləri sırasında qeyd edib.

Bu mənada II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə yeni müqavilələrin təqdim edildiyi tədbir deyil, Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişaf modelinin hansı istiqamətlərə yönələcəyini göstərən platforma kimi də diqqət çəkir.

Əsas xətt isə kifayət qədər aydındır: Azərbaycan ənənəvi neft-qaz imkanlarını qoruyur, eyni zamanda bərpaolunan enerji, rəqəmsal infrastruktur, logistika və digər sahələr hesabına iqtisadiyyatın yeni inkişaf istiqamətlərini genişləndirməyə çalışır.

Bu baxımdan qarşıdakı dövr Azərbaycanın həm enerji resurslarından daha səmərəli istifadə etməsi, həm də yeni investisiya sahələrini formalaşdırması baxımından mühüm mərhələ ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 105   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib

27.09.2026 256
.

AB-də tüstü aromatizatorlarına qadağa: Azərbaycanda da tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Avropa Birliyində qida məhsullarına tüstü dadı və ətri verilməsi ilə bağlı qaydalar sərtləşdirilib. AB Komissiyasının qərarına əsasən, təhlükəsizlik qiymətləndirmələrindən sonra bir sıra tüstü aromatizatorlarının ("smoke flavourings") icazəsi yenilənməyib. Bu məhsulların qida sənayesində istifadəs

10:53 152
.

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir. "Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib

27.09.2026 184
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27.09.2026 232
.

Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməs

27.09.2026 526
.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

11:44 99
.

Ərdoğan Əliyevə zəng edib - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb. Bildirilib ki, Türkiyə lideri telefon danışığı zamanı Anım Günü ilə əlaqədar şəhidləri

10:53 188
.

Bu şəxslərə ali xüsusi və ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələ

11:24 115
.

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər

27.09.2026 302
.