Bakıdan dünyaya açılan imkanlar

Bakıdan dünyaya açılan imkanlarDünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu.
Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanın müxtəlif ölkələrindən investorları, maliyyə institutlarını və biznes dairələrini bir araya gətirdi. Forumda yalnız mövcud imkanlar deyil, həm də dəyişən qlobal iqtisadi mühitdə yeni investisiya istiqamətləri, regional əməkdaşlıq və Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən iqtisadi bağlantılardakı rolu müzakirə olundu. Beləliklə, iki gün ərzində Bakıda səslənən fikirlər və imzalanan sənədlər Azərbaycanın investisiya gündəliyinin yeni mərhələsinə dair mühüm mesajlar verdi.
Qlobal iqtisadi münasibətlərin yeni reallıqlarla üz-üzə qaldığı, təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda investisiya üçün etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun iştirakçılarına müraciətində bu məqama diqqət çəkərək qeyd edib: "Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir". Məhz bu, Bakıda keçirilən forumun əsas müzakirə xəttini də müəyyənləşdirib. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bugünkü investisiya gündəliyi yalnız kapital qoyuluşlarının həcmi ilə məhdudlaşmır. Söhbət, eyni zamanda, yeni iqtisadi bağlantıların qurulmasından, regional dəyər zəncirlərinin formalaşdırılmasından, enerji və nəqliyyat layihələrinin genişləndirilməsindən, rəqəmsal texnologiyaların tətbiqindən və "yaşıl keçid"in maliyyələşdirilməsindən gedir.
Forumun ilk günündə bu istiqamətlərin hər biri üzrə ayrıca müzakirələr aparıldı. Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu, Orta dəhlizin inkişafı, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı və yeni bağlantı imkanları, regional enerji əlaqələri, "yaşıl enerji", süni intellekt, rəqəmsal transformasiya, kapital bazarları və beynəlxalq maliyyə əməkdaşlığı əsas mövzular sırasında yer alıb. Kənd təsərrüfatı, əczaçılıq, su ehtiyatlarının idarə olunması, maliyyə sektoru və investisiyaların təşviqi isə gündəliyin digər mühüm istiqamətlərini formalaşdırıb.
Forumun investisiya gündəliyinin genişliyi konkret razılaşmalarda da öz əksini tapdı. İki gün ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və investisiya sənədlərinin imzalanması müzakirələrin real layihələrlə tamamlandığını göstərdi. Tədbir çərçivəsində ümumilikdə 23 sənəd imzalanıb. Bu sənədlərin əhatə etdiyi investisiya layihələrinin ümumi dəyəri 10,8 milyard dollar təşkil edir. Rəqəmin miqyası ilə yanaşı, diqqətçəkən məqam investisiya portfelinin şaxələnməsidir.
Beləliklə, Bakıda iki gün davam edən müzakirələr yalnız investisiya imkanlarının təqdimatı ilə yekunlaşmadı. Forumun nəticələri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə beynəlxalq kapitalın və yeni texnologiyaların cəlb olunması, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması baxımından konkret göstəricilərlə ifadə olundu.
Bu baxımdan enerji sektoru forumun investisiya gündəliyində xüsusi yer tutdu. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanması ölkənin bərpaolunan enerji potensialının beynəlxalq investorlar üçün yaratdığı imkanları bir daha gündəmə gətirildi.Regional enerji bağlantıları və "yaşıl keçid"lə bağlı panel müzakirələrində isə bərpaolunan enerjiyə investisiyaların artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın regional enerji bağlantılarındakı rolu diqqət mərkəzində saxlanıldı.
Əczaçılıq sahəsində də konkret əməkdaşlıq istiqaməti formalaşdı. Slovakiyanın "Saneca Pharmaceuticals" şirkəti ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalına dair anlaşma memorandumunun imzalanması bu sektorun da yeni investisiya imkanları sırasında yer aldığını göstərdi. Bununla yanaşı, su sayğaclarının istehsalı imkanlarının araşdırılması üzrə SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BƏƏ-nin "Esyasoft Technologies" şirkəti arasında üçtərəfli anlaşma imzalandı.
Beləliklə, forum çərçivəsində ortaya çıxan layihələr Azərbaycanın investisiya gündəliyinin yalnız enerji və ənənəvi sənaye ilə məhdudlaşmadığını göstərdi. "Yaşıl enerji", yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, aqrar istehsal, əczaçılıq və su təsərrüfatı kimi sahələrin eyni investisiya platformasında bir araya gəlməsi iqtisadiyyatın yeni inkişaf istiqamətlərinin daha geniş çərçivədə formalaşdığını nümayiş etdirdi.
Forumun investisiya gündəliyində əsas xətlərdən biri də kapitalın yalnız maliyyə resursu kimi deyil, yeni texnologiya, innovasiya və təcrübə gətirən tərəfdaşlıq vasitəsi kimi qiymətləndirilməsi idi. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bu yanaşmanı belə ifadə edib: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda, Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk."
Qeyd edək ki, bunlar forumda müzakirə olunan layihələrin istiqamətlərində də öz əksini tapdı. Enerjidən rəqəmsal texnologiyalara, sənayedən kənd təsərrüfatına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi investisiya siyasətinin daha geniş iqtisadi hədəflərlə əlaqələndirildiyini göstərdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27.09.2026 192
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27.09.2026 232
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

10:17 158
.

Bakıdan dünyaya açılan imkanlar

Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı

12:14 105
.

Pentaqon daha bir amerikalı hərbçinin öldüyünü açıqladı

Pentaqonun ictimai məlumat bazasında daha bir amerikalı hərbçinin ölümü barədə məlumat dərc edilib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Məlumata görə, ölən hərbçi 37 yaşlı ABŞ ordusunun kapitanı Bianka Uilkersondur. O, sentyabrın 18-də qeyri-döyüş hadisəs

10:38 131
.

Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə

27.09.2026 239
.

Prokurorluq əməkdaşları təltif edildi - Siyahı

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar

11:33 134
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27.09.2026 200
.

"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV

"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"

12:49 94
.