Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR
Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldaraq 5 faizə endirib. Qurum bildirib ki, aşağı həddin azaldılması bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında aktivliyin artırılmasına yönəlib.
Mərkəzi Bankın məlumatına görə, avqustun sonuna bank sektorunun struktur likvidlik profisiti 6,3 milyard manata çatıb və AZIR üzrə orta günlük faiz sentyabrın ötən dövründə 6,02 faiz təşkil edib. Bəs faiz dəhlizinin aşağı həddinin endirilməsi kommersiya banklarının kredit faizlərinə təsir göstərəcəkmi və yaxın aylarda vətəndaşlar üçün kreditlər ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faizdə saxlaması, faiz dəhlizinin aşağı həddini isə 5 faizə endirməsi kredit faizlərinin avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir. Lakin bu qərar bankların maliyyələşmə imkanlarına müəyyən dərəcədə müsbət təsir göstərə və gələcəkdə kredit faizlərinin aşağı düşməsi üçün şərait yarada bilər.
Kreditlərin real olaraq ucuzlaşması üçün bankların resurslarının dəyərinin azalması, depozit faizlərinin aşağı düşməsi, risklərin azalması və banklar arasında rəqabətin artması da vacibdir. Ona görə yaxın müddətdə daha çox müəyyən kredit məhsullarında faizlərin tədricən aşağı düşməsi mümkündür, amma bütün kreditlər üzrə kəskin ucuzlaşma gözləmək düzgün olmaz.
Əgər inflyasiya sabitləşərsə və Mərkəzi Bankın yumşaq pul siyasəti davam edərsə, xüsusilə biznes və ipoteka kreditlərində faizlərin aşağı düşməsi üçün daha əlverişli şərait yarana bilər.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 141 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27.09.2026 192 ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI
ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə
27.09.2026 232 Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
10:17 158 Bakıdan dünyaya açılan imkanlar
Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı
12:14 105 Pentaqon daha bir amerikalı hərbçinin öldüyünü açıqladı
Pentaqonun ictimai məlumat bazasında daha bir amerikalı hərbçinin ölümü barədə məlumat dərc edilib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Məlumata görə, ölən hərbçi 37 yaşlı ABŞ ordusunun kapitanı Bianka Uilkersondur. O, sentyabrın 18-də qeyri-döyüş hadisəs
10:38 131 Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə
27.09.2026 239 Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar
11:33 134 İki böyük panda Çindən ABŞ-yə aparılıb
İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal
27.09.2026 200 "Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV
"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"
12:49 94