Azərbaycan investisiyalarının yeni mərhələsi

Azərbaycan investisiyalarının yeni mərhələsiÖlkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, qlobal iqtisadi münasibətlərdə özünəməxsus yer tutur. Ölkəmiz dünyanın aparıcı investorlarından birinə çevrilməklə beynəlxalq investisiya məkanında fəal iştirak edir.
Şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyində mühüm pay sahibi olan Azərbaycanın əlverişli investisiya mühiti bu uğurların əsas dayaqlarındandır. Ölkəmizdə formalaşan iqtisadi sabitlik, şəffaflıq və etibarlı biznes mühiti xarici sərmayədarların marağını artırır. Artıq investorların Azərbaycana cəlb olunması üçün xüsusi səylərə ehtiyac qalmır. Ölkəmizin yaratdığı əlverişli imkanlar və formalaşdırdığı etibarlı iqtisadi mühit xarici investorların öz təşəbbüsləri ilə Azərbaycana üz tutmasına şərait yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunu gücləndirir, ölkəmizi dünya iqtisadiyyatının diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkil olunması ölkəmizin investisiya imkanlarının beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm hadisə oldu. Forum çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və moderatorun suallarını cavablandırması Azərbaycanın iqtisadi potensialı və investisiya imkanları ilə bağlı mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın investisiya potensialının genişliyini aydın göstərdi. Ölkəmizin əlverişli biznes mühiti, siyasi və iqtisadi sabitliyi, güclü maliyyə imkanları, inkişaf etmiş nəqliyyat infrastrukturu və qonşu dövlətlərlə etibarlı əməkdaşlığı Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına yatırılan sərmayələr tranzit və logistika imkanlarını genişləndirir, rəqəmsallaşma və müasir gömrük idarəçiliyi isə bu potensialı daha da gücləndirir. Dövlət başçısı ölkəmizin enerji imkanlarına da toxunaraq bildirdi ki, neft və qaz sektoru aparıcı mövqeyini qoruyur.
Eyni zamanda bərpaolunan enerji, elektrik enerjisinin ixracı, enerjiötürücü xətlərin inkişafı, enerjisaxlanc sistemlərinin qurulması və süni intellekt üçün data mərkəzlərinin yaradılması ölkəmizin yeni investisiya və inkişaf istiqamətlərini təşkil edir. Mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də geniş investisiya imkanlarına malik sahələr sırasındadır. Bununla yanaşı ölkə başçısı Azərbaycanın rəqəmsal transformasiya, kibertəhlükəsizlik, fiber-optik bağlantılar və insan kapitalının inkişafı sahəsində həyata keçirdiyi işlərin ölkənin gələcək iqtisadi potensialını daha da artırdığını bildiridi. Xaricdə təhsil proqramları və peşəkar kadr hazırlığına yönələn siyasət müasir iqtisadiyyat üçün zəruri olan bilik və bacarıqların formalaşmasına şərait yaradır. Bütün bu amillər Azərbaycanın uzunmüddətli investisiyalar üçün əlverişli, təhlükəsiz və proqnozlaşdırılan iqtisadi məkan kimi mövqeyini gücləndirir.
İnvestisiya gücü ilə yeni mərhələdə addımlayan ölkəmizin əldə etdiyi nəticələr, formalaşdırdığı sabitlik və qarşıya qoyduğu inkişaf hədəfləri dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ardıcıl nəticəsidir. Forum çərçivəsində moderator Adebayo Oqunlesinin dövlət başçımıza xitabən "Əgər azərbaycanlı olsaydım, Prezident İlham Əliyevə səs verərdim" deməsi isə ölkəmizin inkişaf yoluna kənardan verilən diqqətçəkən qiymətlərdən biri kimi yadda qaldı. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda qlobal bağlantının, investisiya sabitliyinin, sülh və əminamanlığın möhkəmlənməsinə yönəlmiş siyasət həyata keçirir. Ölkəmizin bu istiqamətdə qazandığı mövqe Azərbaycanın regional proseslərdə artan rolunu və beynəlxalq iqtisadi münasibətlərdə genişlənən imkanlarını aydın göstərir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 105   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27.09.2026 192
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27.09.2026 232
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

10:17 158
.

Bakıdan dünyaya açılan imkanlar

Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı

12:14 105
.

Pentaqon daha bir amerikalı hərbçinin öldüyünü açıqladı

Pentaqonun ictimai məlumat bazasında daha bir amerikalı hərbçinin ölümü barədə məlumat dərc edilib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Məlumata görə, ölən hərbçi 37 yaşlı ABŞ ordusunun kapitanı Bianka Uilkersondur. O, sentyabrın 18-də qeyri-döyüş hadisəs

10:38 131
.

Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə

27.09.2026 239
.

Prokurorluq əməkdaşları təltif edildi - Siyahı

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar

11:33 134
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27.09.2026 200
.

"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV

"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"

12:49 94
.