Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual
Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır.
Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyən bir millətin "gələcəyi" adlandırdığı gənclərin məktəbə "polis qorxusu" ilə gətirildiyini görmək, açığı, bir qələm sahibi kimi məni məyus etdi.
Təəssüf ki, işə gecikdiyim üçün hadisəyə müdaxilə edə bilmədim və yalnız şahid olaraq qaldım. Sonradan maraqlandım və məlum oldu ki, müəllimənin "polis" deyə çağıracağı şəxsin məktəbin mühafizəçisi olduğu ehtimal edilir. Şagirdin isə sinfə girmək istəməməsinin səbəbini aydınlaşdıra bilmədim.
Bəs məktəbin "gedilməyən", "istənilməyən" məkana çevrilməsinin səbəbi nədir? Məhz bu suala cavab tapmaq üçün təhsil eksperti Şəmsi Qocaya müraciət etdim.
Mövzu ilə bağlı açıqlama verən Şəmsi Qoca qeyd etdi ki, müşahidə etdiyim mənzərə ilk baxışda adi məktəb hadisəsi kimi görünə bilər. Lakin müəllimin dərsə getmək istəməyən şagirdə "Bax, polis oradadır, indi çağıracağam" deməsi daha dərin bir problemin əlamətidir. Onun sözlərinə görə, burada söhbət təkcə bir müəllimin davranışından deyil, müəllimlə şagird arasındakı münasibətin hansı mərhələyə gəlib çatmasından gedir:
"Müəllimin əsas təsir vasitəsi polis olmamalıdır. Şagird dərsə getmək istəmirsə, bunun səbəbini müəyyənləşdirmək, onunla danışmaq, problemin nədən qaynaqlandığını öyrənmək və məktəbin pedaqoji imkanlarından istifadə etməklə onu təhsilə qaytarmaq lazımdır. Polis isə şagirdin gözündə cəza və qorxu simvoluna çevrilməməlidir. Əks halda məktəb uşağın təhlükəsiz və etibarlı mühiti olmaqdan çıxaraq qorxunun idarəetmə vasitəsinə çevrilə bilər.
Bu hadisə müəllimin şagird üzərində əvvəlki nüfuzunun zəifləməsi, məktəbdə intizamın formalaşdırılması üsullarının düzgün qurulmaması və pedaqoji təsir imkanlarının bəzən inzibati və qorxuducu vasitələrlə əvəzlənməsi barədə suallar yaradır. Müəllim şagirdə sözünü yalnız polis adı çəkiləndə keçirə bilirsə, burada artıq şagirdin davranışından daha böyük bir problem var.
Belə münasibətin davamlı xarakter alması isə daha ciddi nəticələr doğura bilər. Uşaq məktəbdə problemi müəllimlə danışaraq həll etməyi deyil, cəzadan yayınmağı öyrənə bilər. Polis onun şüurunda təhlükəsizlik və hüququn qorunması institutu kimi deyil, müəllimin çağırdığı cəza vasitəsi kimi formalaşa bilər. Bu isə həm müəllim nüfuzuna, həm də məktəbin uşağın inkişafındakı roluna zərər verə bilər.
Əslində burada əsas sual "Müəllim niyə polisi çağırmaqla hədələyir?" deyil. Əsas sual budur: Niyə müəllim şagirdi polis adı çəkmədən dərsə qaytarmaq üçün kifayət qədər pedaqoji imkan görmür?
Əgər məktəbdə müəllim-şagird münasibəti sağlam qurularsa, şagirdin dərsə getməsi polis qorxusuna yox, məktəbə, müəllimə və təhsilə münasibətinə əsaslanar. Əks halda bu gün bir şagirdi polis adı ilə dərsə göndərmək mümkün olsa da, sabah daha böyük intizam problemini hansı vasitə ilə həll etmək lazım gələcəyi sualı ortaya çıxacaq".
NURAY NƏZƏROVA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 109 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888