Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərkəzinə çevrilir
"Qarabağın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatı üçün yeni və böyük iqtisadi məkanın dövriyyəyə qaytarılması deməkdir. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaqlar, təbii ehtiyatlar, kənd təsərrüfatı imkanları və sənaye potensialı yenidən iqtisadi fəaliyyətə cəlb olunur. Qarabağ və Şərqi Zəngəzurda mədənçilik, kənd təsərrüfatı, emal sənayesi, turizm və yaşıl enerji kimi sahələrin inkişafı üçün geniş imkanlar yaranıb".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisdçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki. digər mühüm iqtisadi nəticə yeni infrastrukturun yaradılmasıdır. Yollar, hava limanları, elektrik və su infrastrukturu həm regionun iqtisadi canlanmasına, həm də Azərbaycanın digər bölgələri ilə logistika əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bu proses gələcəkdə nəqliyyat və ticarət imkanlarının genişlənməsinə də şərait yarada bilər:
"Qarabağın bərpası eyni zamanda tikinti, sənaye, xidmət və logistika sektorlarında böyük iqtisadi aktivlik yaradıb. Hazırda azad edilmiş ərazilərə bütün maliyyə mənbələri hesabına yatırılan investisiyaların həcmi 17 milyard dollara yaxın qiymətləndirilir. Bu vəsaitin əhəmiyyətli hissəsi infrastruktura yönəldilsə də, yaradılan infrastruktur gələcəkdə özəl investisiyaların cəlb olunması üçün mühüm baza formalaşdırır.
Sahibkarlığın inkişafı üçün bölgədə vergi və gömrük güzəştləri də tətbiq olunur. Məsələn, burada fəaliyyət göstərən rezidentlər 2033-cü ilədək bir sıra vergilərdən, müəyyən avadanlıq və xammalın idxalına görə isə ƏDV və gömrük rüsumlarından azaddırlar. Bu güzəştlər investisiya xərclərini azaltmaqla yeni müəssisələrin yaradılmasını stimullaşdırır.
Beləliklə, Qarabağın azad edilməsinin iqtisadi nəticələrini yalnız bu gün əldə olunan gəlirlərlə ölçmək düzgün olmaz. Əsas iqtisadi potensial regionun uzunmüddətli perspektivdə istehsal, ixrac, turizm, kənd təsərrüfatı, enerji və logistika mərkəzinə çevrilməsi, yeni iş yerlərinin yaradılması və ölkə iqtisadiyyatının coğrafi baxımdan daha da şaxələndirilməsidir.
Bu potensialın real iqtisadi gəlirə çevrilməsi isə bərpa prosesinin tamamlanmasından, yaradılan infrastrukturun səmərəli istifadəsindən və özəl sektorun bölgədə davamlı şəkildə genişlənməsindən asılı olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 107 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl bu qiymətə satılır
Azərbaycanda 28 sentyabr 2026-cı il tarixi üçün qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7,245.9355 manat, 1 qram (ümumi) - 232.96 manat, 99 əyyar (Təmiz) - 232.96 manat, 750 əyyar (İtalyan) - 174.90 manat, 585 əyyar (Türk) - 136.42 manat, 582 əyyar (Rus) - 135.7
28.09.2026 210 Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında b
28.09.2026 299 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb. "TodayPress TV"yə istinadən xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb
12:06 142 14 nömrəli marşrutun sürücüsü hamilə qadına hörmətsizlik etdi - Şikayət
"BakuBus" MMC-yə məxsus 14 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında dava olub. "Yeni Sabah" xəbər verir ki, Zema Aydın adlı sərnişinin sözlərinə görə, hadisə "20 Yanvar" metro stansiyası yaxınlığındakı dayanacaqda baş verib. 77-JB-058 dövlət qeydiyyat nişanl
28.09.2026 282 Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir
ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə
12:05 106 Çindən Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü ilə bağlı açıqlama
Çin Xarici İşlər Nazirliyinin Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşün keçirilməsi ehtimalı ilə bağlı hələlik məlumatı yoxdur. xəbər verir ki, bunu Çin Xaric
11:49 114 Ətin "kimdən gəldiyi" bəlli olacaq - Elektron identifikasiya nəyi dəyişir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
AQTA-nın sentyabrın 28-də Daşkəsəndə keçirdiyi görüşdə heyvanların fərdi identifikasiyasının xəstəliklərin vaxtında aşkarlanması və baytarlıq tədbirlərinin izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prosesin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparıldığı və heyvanla
12:20 135 Cəmi 4 həftəyə bioloji yaş azaldı - alimlərdən təəccüblü nəticə
Qidalanmada edilən dəyişikliklər orqanizmin yaşlanma göstəricilərinə qısa müddətdə təsir göstərə bilər. BİG.AZ xəbər verir ki, Avstraliyanın Sidney Universitetində aparılan araşdırmada 65-75 yaş aralığında 104 nəfərin qidalanması dörd həftə ərzində dəyişdirilib. Tədqiqatçılar iştirakçıların yağ, karbohidra
11:05 202 Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual
Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə
13:00 39