90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Təxminən 90 min əhalisi olan kiçik Avropa dövləti Andorra işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və xarici vətəndaşları fəal şəkildə işə cəlb etməyə başlayıb. Bəzi sahələrdə orta əməkhaqqı 5000 avroya yaxınlaşır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Fransa ilə İspaniya arasında yerləşən Andorra yüksək həyat səviyyəsi, nisbətən aşağı vergilər və Avropa ortalamasından yüksək maaşları ilə seçilir.
2026-cı ilin mayında ölkədə orta aylıq əməkhaqqı 2760 avroya çatıb. Bu göstərici bir il ərzində 7,7 faiz artıb.
Maliyyə sektorunda orta aylıq gəlir təxminən 4972 avro, enerji sahəsində isə 3608 avro təşkil edir. Otel və restoran sektorunda orta maaş 2152 avroya, kənd təsərrüfatında isə təxminən 2000 avroya çatır.
Andorrada xüsusilə səhiyyə, təhsil, yaşlılara və xəstələrə qulluq, məişət xidmətləri və ictimai nəqliyyat sahələrində işçi çatışmazlığı hiss olunur.
Turizm sektorunda da çox sayda vakansiya mövcuddur. 2026-cı ildə ölkə hakimiyyəti mehmanxana və restoranlarda işləmək üçün əlavə iş icazələri ayırıb.
Ən çox tələbat olan peşələr arasında ofisiantlar, mehmanxana otaqlarının təmizliyi ilə məşğul olan işçilər və aşpazlar yer alır.
Xaricdən işçi cəlb etmək məqsədilə Andorra yeni pilot proqram da həyata keçirəcək. 2026-cı ilin dekabrından 2027-ci ilin avqustuna qədər olan dövr üçün 450 iş icazəsinin verilməsi nəzərdə tutulur.
Bu proqramın ölkədə işçi çatışmazlığını azaltmağa və ənənəvi turizm mövsümündən kənar dövrdə də turizm sektorunun fəaliyyətini dəstəkləməyə kömək edəcəyi gözlənilir.
Məlumata görə, xarici işçilərə də sosial təminatlar verilir. İş həftəsi 40 saat təşkil edir, işçilər ildə 30 gün məzuniyyət hüququna malikdirlər və CASS sosial müdafiə sistemi ilə əhatə olunurlar.
İşçinin sosial sığorta ödənişi 6,5 faiz təşkil edir.
İllik gəliri 24 min avroya qədər olan şəxslərdən gəlir vergisi tutulmur. Ölkədə gəlir vergisinin maksimum dərəcəsi isə 10 faizdir.
Andorra Avropa İttifaqının üzvü deyil. Buna görə də xarici vətəndaşların ölkədə işləməsi üçün iş icazəsi alması tələb olunur.
Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün prosedurlar daha sadədir. Fransa, İspaniya və Portuqaliya vətəndaşları isə ikitərəfli razılaşmalar sayəsində əlavə üstünlüklərə malikdirlər.
Qeyd edək ki, Andorranın paytaxtı Andorra-la-Velya Avropanın ən yüksəklikdə yerləşən paytaxtlarından biridir. Şəhərdə nə hava limanı, nə də dəmir yolu stansiyası var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 101 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsində NƏLƏR OLDU?
Müğənni Dəniz Əsədovanın iddiası əsasında Rusiyada fəaliyyət göstərən həmkarı Afət Fərmanqızının barəsində xüsusi ittiham qaydasında məhkəmədə icraata götürülmüş cinayət təqibi ilə bağlı ilk baxış iclası keçirilib. -ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində baş tutan proses zamanı tərəflərin anke
15:06 231 Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO
Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb. Məlumat -ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib. Qeyd olunub ki, 200-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanl
17:32 134 Baş prokuror prokurorluq əməkdaşlarına medallar təqdim edib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BİG.AZ xəbər verir ki, medallar Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbird
12:36 207 Baş prokuror: "İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri uğurla davam etdirilir"
"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". BİG.AZ xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasını
11:29 205 Kamran Əliyev: "Azərbaycan beynəlxalq arenada fəal rolunu davam etdirir"
"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". BİG.AZ xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış
11:33 220 Ukraynanın Xarkov şəhərində Rusiya bombalı hücumu nəticəsində 22 nəfər yaralanıb, mer bildirib
Ukraynanın şimal-şərqindəki ikinci ən böyük şəhəri Xarkovda bir mənzil binasına düşən Rusiya hava bombası nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi səhər saatlarında Telegram-da şəhər meri İqor Terexov bildirib. Paytax
13:03 196 Azərbaycanın investisiya xəritəsi dəyişir: Yeni iqtisadi prioritetlər açıqlanıb
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbird
11:41 171 ABŞ və Rusiya yeni silah sazişinə hazırlaşır? - Kremldən açıqlama
ABŞ-la silahlara nəzarət sahəsində razılaşmanın əldə olunması uzun və hərtərəfli hazırlıq tələb edir. Buna görə də nəticələrin qısa müddətdə əldə olunması gözlənilmir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun bu sahədə razılaşm
16:10 133 Azərbaycanın investisiya potensialı: 16,7 milyard dollarlıq yeni layihələr nə vəd edir?
"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatdı. Prezident İlham Əliyevin himayəsi altında keçirilən tədbirdə qlobal investorların, beynəlxalq maliyyə institutlarının və aparıcı şirkətlərin iştirakı Azərbaycanın investisiya imkanlarının beynəlxalq səviyyədə müzakirə edilməsi baxımından mühü
12:36 168