Milçəklərlə insanların davranışında oxşarlıq tapıldı - Səbəb beyindədir

Milçəklərlə insanların davranışında oxşarlıq tapıldı - Səbəb beyindədirBritaniyalı alimlər erkək və dişi meyvə milçəklərinin beyninin quruluşu və fəaliyyətindəki fərqləri ilk dəfə ətraflı araşdırıblar. Tədqiqat erkək milçəklərdə aqressiya, cütləşmə davranışının necə formalaşdığını anlamağa imkan verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları erkək meyvə milçəyinin beynindəki neyron şəbəkəsini yenidən quraraq təxminən 124 milyon sinir əlaqəsini araşdırıblar.

İki il əvvəl isə analoji tədqiqat dişi meyvə milçəyi üzərində aparılmışdı.

Alimlər vurğulayıblar ki, bu nəticələri birbaşa kişi və qadın davranışındakı fərqlərə şamil etmək düzgün deyil. Buna səbəb insan davranışının qat-qat daha mürəkkəb olmasıdır.

Beynin 95 faizi eynidir
Tədqiqat zamanı erkək meyvə milçəyinin beyni və sinir sistemi üçölçülü şəkildə xəritələndirilib. Bütün hüceyrələr və onların bir-biri ilə əlaqələri göstərilib.

Məlum olub ki, erkək və dişi meyvə milçəklərinin beyin hüceyrələrinin təxminən 95 faizi eynidir. Lakin qalan 5 faizlik fərq onların davranışında nəzərəçarpacaq dəyişikliklər yaratmağa kifayət edir.

Erkəklərdə aqressiya sistemi daha güclüdür
Alimlər erkək meyvə milçəklərində üç əsas davranış fərqi müəyyən ediblər.

Cütləşmə zamanı erkəklərin beyni dişinin hərəkətlərini daha dəqiq izləyir. Aqressiya ilə bağlı neyron şəbəkələri erkəklərdə daha güclü inkişaf edib.

Bundan başqa, erkəklərdə dişini cəlb etmək üçün qanadların titrəməsini idarə edən ayrıca sinir sistemi mövcuddur. Bu titrəyişlər nəticəsində xüsusi səs yaranır.

Tədqiqatın həmmüəllifi doktor Filip Şlegelin sözlərinə görə, erkək milçək dişiyə yaxınlaşarkən qanadlarını titrədərək xüsusi mahnı yaradır.

Əgər dişi bu davranışı qəbul edirsə, erkəyin ona yaxınlaşmasına imkan verir, əks halda onu rədd edir.

Davranışı iki gen idarə edir
Alimlər müəyyən ediblər ki, bu üç spesifik neyron şəbəkəsinin formalaşmasına iki əsas gen nəzarət edir.

Tədqiqatçılar bunun sayəsində genetik mexanizmlərin davranışla əlaqəli sinir bağlantılarını necə formalaşdırdığını daha aydın görə biliblər.

Autizm və şizofreniyanın öyrənilməsinə kömək edə bilər
Araşdırmanın rəhbəri professor Qreqori Cefferis hazırlanmış neyron xəritəsini beyni daha dərindən öyrənməyə imkan verən güclü teleskopla müqayisə edib.

Alimlərin fikrincə, əldə olunan məlumatlar genlərin autizm spektri pozuntuları və şizofreniya kimi vəziyyətlərə necə təsir etdiyini anlamağa kömək edə bilər.

Bununla yanaşı, tədqiqat nəticələrinin süni intellekt texnologiyalarının inkişafında da istifadə oluna biləcəyi bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, meyvə milçəyinin beyni ölçü baxımından çox kiçik olsa da, olduqca səmərəli işləyir və bəzi tapşırıqlarda müasir superkompüterlər və süni intellekt sistemləri ilə müqayisədə yüksək effektivlik göstərə bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

13:46 344
.

Vətən müharibəsi xəbərini eşidəndə ilk reaksiyanız nə oldu? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı BİG.AZ olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsi xəbərini necə öyrəndiklərini, həmin an hansı hissləri keçirdiklərini və müharibə günlərində onlara ən çox təsir edən hadisənin nə olduğunu soruşduq

16:39 151
.

İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır

Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır. xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdə

19:00 1
.

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Təxminən 90 min əhalisi olan kiçik Avropa dövləti Andorra işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və xarici vətəndaşları fəal şəkildə işə cəlb etməyə başlayıb. Bəzi sahələrdə orta əməkhaqqı 500 avroya yaxınlaşır. xarici mediaya istinadən xəbər verir ki, Fransa ilə İspaniya arasında yerləşən Andorra yüksə

19:15 1
.

Qarabağın azadlığı Azərbaycan iqtisadiyyatına nə qazandırdı?

"Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi yalnız siyasi və hərbi nəticələri ilə deyil, ölkənin iqtisadi inkişaf perspektivləri baxımından da yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan üçün yeni iqtisadi məkanı

12:08 181
.

14 nömrəli marşrutun sürücüsü hamilə qadına hörmətsizlik etdi - Şikayət

"BakuBus" MMC-yə məxsus 14 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında dava olub. "Yeni Sabah" xəbər verir ki, Zema Aydın adlı sərnişinin sözlərinə görə, hadisə "20 Yanvar" metro stansiyası yaxınlığındakı dayanacaqda baş verib. 77-JB-058 dövlət qeydiyyat nişanl

20:30 1
.

Baş prokuror: "İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri uğurla davam etdirilir"

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". BİG.AZ xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasını

11:29 205
.

Prokurorluq əməkdaşları təltif edildi - Siyahı

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar

11:33 180
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

14:13 162
.