Vaqif Xaçaturyanın göz yaşları onun axıtdığı günahsız azərbaycanlıların qanını yuya bilməyəcək!

Vaqif Xaçaturyanın göz yaşları onun axıtdığı günahsız azərbaycanlıların qanını yuya bilməyəcək!32 il bundan əvvəl, 1991-ci il dekabrın 23-də səhər saatlarında Ermənistanın hərbi birləşmələri Xocalı rayonunun meşəli kəndinə vəhşicəsinə basqın etdilər. Həmin an mövcud qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq yerli kənd sakinləri erməni vəhşilərinə qarşı mərdliklə müqavimət göstərdilər. Yerli dinc kənd sakinləri ilə erməni hərbi birləşmələri arasında baş vermiş və bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurdu. 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfər qətlə yetirildi, 14 nəfəri yaralandı. Həmin gün Meşəli kəndi Şuşa və Xocalıdan gələn qüvvələr tərəfindən azad edilsə də, xeyli müddət-təxminən bir ay sonra erməni hərbi birləşmələrinin hücümüna məruz qalaraq yenidən onlar tərəfindən işğal edildi

1991-ci ilin dekabrında ermənilər tərəfindən Xocalı rayonunun Meşəli kəndində törədilən qanlı faciə bu gün də həmin kəndin sakinlərinin yaddaşlarından silinməyibdir. Yerli sakinlər həmin soyuq qış günü baş verənləri unutmayıb. Erməni cəlladların, xüsusən də Vaqif Xaçaturyanın dəstəsi Meşəlidə sakinlərə olmazın işgəncələr verib, insanlığa sığmayan qətliam və vəhşiliklər törədiblər. Bu hadisələr zamanı xəsarət alanlar, şəhid olanlar arasında uşaqlar, yeniyetmələr, yaşlılar üstünlük təşkil edibdir. Sakinlər deyirlər ki, Vaqif Xaçaturyan və onun ətrafındakı quldur dəstələrinin üzvləri həmişə azərbaycanlılara qarşı nifrət, qəddarlıq nümayiş etdiriblər. Quldur erməni millətçiləri birinci Qarabağ müharibəsi başlamazdan qabaq da sakinləri ölümlə hədələməkdən çəkinməyiblər. Onların məqsədi sakinləri hər vəchlə öz ata-baba torpaqlarında didərgin salmaq olubdur. Separatçılar hətta bir neçə Meşəli sakinini girov götürüb, avtomobildə yandırmağa da cəhd ediblər.

Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş, keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər. "Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səs ucaldıcı mikrofonla Xaçaturyan Azərbaycan dilində "kəndi mühasirəyə almışıq, təslim olun" deyə qışqırdı. Qənimət dayı var idi. Onun başına təxminən avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçaturyan bizi "Niva" markalı avtomobilində yandırmaq istəyirdi..." – deyə Ziyəddin Salmanov bildirib.

Xocalı rayon Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirlənlərdən ürək ağrısı ilə danışır. "Ermənilər ailə üzvlərimi öldürəndən sonra meyitlərə işgəncə verərək, yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi", - deyə Z.Əliyeva əlavə edib.
Erməni quldurlarından biri, beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çərkəzoviçin saxlanması xəbəri Meşəli sakinlərini sevindirdi. Onlar saxlanılmış, digər əli qana batmış separatçı qatillərinin də Azərbaycan qanunları qarşısında cavab verəcəyinə əminliklərini ifadə ediblər.

Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etməklə ümumilikdə həmin dövrün qiymətləri ilə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. İndi artıq törətdiyi qanlı cinayətlərə görə cavab vermək vaxtıdır. Vaqif Xaçaturyan yaxşı bilməlidir ki, həyat bumeranqdır. Necə bizim qiymətli atalar misalında deyildiyi kimi:"Yaşatdığını yaşamasan ölməzsən!" Vaqif Xaçaturyanın məhkəmədə tökdüyü göz yaşları onun axıtdığı günahsiz azərbaycanlıların qanını yuya bilməyəcəkdir! O, haqq-ədalət məhkəməsi qarşısında cinayətkar əməllərinə görə mütləq cavab verəcəkdir. Azərbaycan tərəfi humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Vaqif Xaçaturyan Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilərək ona zəruri tibbi yardımın göstərildi. Bununla yanaşı ona BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin edildi. Dünən məhkəməsi keçirilən başlanan Vaqif Xaçaturyanın məhkəməyə baxış iclası oktyabrın 17-ə təyin edilib. O, törətdiyi qanlı cinayətlərə, insanlığa qarşı yönəlmiş və nümayiş eidirilmiş cinayətə görə cavab verilməli olduğunu anlayır. İndi bunu yaxşı anlayan Vaqif Xaçaturyanı ağlamaq tutubdur. Lakin bu Xaçaturyan tərəfindən törədilmiş cinayət əməllərini ort-basdır edə bilməyəcək.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2328   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29.10.2026 428
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

29.10.2026 314
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29.10.2026 352
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 62
.

Ürəyi "öldürən" qidaların qara siyahısı

Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala

29.10.2026 399
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29.10.2026 301
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 433
.

Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var

Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha

29.10.2026 320
.

Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an

29.10.2026 333
.