Valideynlərin DİQQƏTİNƏ! - Məktəblərdə dərs VAXTI DƏYİŞDİRİLİR?

Valideynlərin DİQQƏTİNƏ! - Məktəblərdə dərs VAXTI DƏYİŞDİRİLİR?"Təklif edirəm ki, orta məktəblərimizdə yuxarı siniflərlə ibtidai siniflərin dərs vaxtının başlaması fərqlənsin. Yuxarı siniflər daha erkən, yəni saat 08:00-da, ibtidai siniflər isə 09:00 və ya 09:30-da dərsə gəlsin".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov müğənni Nura Surinin mövcud iş və məktəb saatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, yollardakı tıxacları da nəzər alsaq, şagird dərs başlayan saatda məktəbə çatmaq üçün gərək heç olmasa 1 saat öncədən yuxudan oyansın:
"Apardığım müşahidələr göstərir ki, I sinif şagirdi səhərin çox erkən saatlarında oynamağa çətinlik çəkir. Bir məqalədə oxumuşdum ki, amerikalı təhsil üzrə ekspert Paul Kelley orta məktəblərdə yaşlara görə dərs saatlarının başlanma və bitmə müddətinin fərqləndirilməsini təklif edir. Onun fikrincə, aşağı sinif şagirdləri dərsə 08:30-da, yuxarı sinif şagirdləri isə saat 11 radələrində dərsə başlamalıdırlar. Bu onların informasiyanı qavramaları baxımından daha effektli ola bilər.

Kamran Əsədov dərs saatının keyfiyyət baxımdan çox önəmli olduğunu hesab edir:

"Dərs saatının müddəti uşağın zehni qavraması və inkişafı baxımdan da çox önəm daşıyır. Şagirdin tələblərə cavab verməsi üçün dərs saatının müddəti önəmli amildir. Qərb ölkələrində şagirdlər təhsilin idarəçiliyində ayrılmaz vasitəçidirlər. Burada şagirdlər sanki rəhbərlik statusundadırlar. Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur".

Ekspert qeyd edib ki, I sinfə gedənlər 3 saat dərs keçirlər:

"Bu müddət uzun olmadığına görə, dərslər saat 09:00-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq ola bilər. Təhsil haqqında qanunvericilik aktlarına görə hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Yəni məktəblər bu saatları ETN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində bu amilləri nəzərə almaqla, dərslərin bir qədər geç başlanması mümkündür".

Onun fikirincə, uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkirlər:

"Hesab edirəm ki, şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrində də dərslər 09:00-da, bəzilərində isə saat 10:00-da başlamalıdır, musiqi və ifaçılıqla bağlı təhsil müəsisələrində isə dərslərin daha gec – saat 10:30 və saat 11:00-da başlanması uyğun olar. "İçərişəhər" metrosunun ətrafında bir neçə ali və orta təhsil müəssisəsi var - bütün bunları nəzərə alaraq onların iş qrafiklərində diferensiyalaşma aparılmalıdır ki, həm sərnişin, həm nəqliyyat vasitələrinin sayı, həm işçilərin gəlməsi müəyyən qədər asanlaşsın. Bu kimi yerlər çoxdur".

Qeyd edək ki, müğənni Nura Suri mövcud iş və məktəb saatlarından gileylənib. O, bu qrafikin tıxaca da səbəb oluğunu bildirib:

"İnsan payız və qış aylarında səhər tezdən məktəbə və ya işə niyə getməlidir ki? Bu vaxt məsələsini kim fikirləşib? Olmaz ki, məktəb və bəzi iş yerləri saat 10-da başlasın? Həm insanlar eyni vaxtda yola çıxmaz, tıxac azalar, həm də ki, uşaqlar yorulmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1326   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29.10.2026 428
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

29.10.2026 314
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29.10.2026 352
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 62
.

Ürəyi "öldürən" qidaların qara siyahısı

Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala

29.10.2026 399
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29.10.2026 301
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 433
.

Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var

Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha

29.10.2026 320
.

Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an

29.10.2026 333
.