Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir? - FOTOLAR

Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir? - FOTOLARXocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Murad Tofiq oğlu Hüseynovdur.

"Qafqazinfo" xəbər verir ki, eyni zamanda, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı səkkiz yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.

Tofiq Hüseynovun övladlarını - Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb. Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb. Belə ki, Hüseynovlar ailəsi rusiyalı jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş...

Faciə zamanı hərbçi Bakir Hüseynov da Xocalıda döyüşlərdə iştirak edib. Onun taleyi ilə bağlı həmin gecədən indiyədək heç bir məlumat yoxdur. O, erməni vandalizmi nəticəsindən itkin düşən minlərlə soydaşımızdan biridir.

Milli Qəhrəman Tofiq Hüseynova gəlincə, o, 1954-cü ildə Xocalıda anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra, 1991-ci ildə Xocalıda özünümüdafiə taborunun yaradıcılarından biri olub. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Birinci Qarabağ müharibəsi zamanı bir sıra qəhrəmanlıqlarla yadda qalan, yüzlərlə soydaşımızı təhlükəsiz əraziyə köçürməyi bacaran Tofiq Hüseynov son döyüşündə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı düşmənləri də partladıb. Onun nəşi 20 gün sonra erməni əsirlə dəyişdirilib. Milli Qəhrəmanımız Bakının Şəhidlər xiyabanında dəfn olunub.

Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir? - FOTOLARMəhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir? - FOTOLARMəhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir? - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 885   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pentaqon hərbi hakerlər arasında intihar hallarını araşdırır

ABŞ Kiber Komandanlığı hərbi hakerlər arasında baş verdiyi bildirilən bir sıra intihar hallarını araşdırır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinədək azı beş hərbçi intihar edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Pentaqon bu ölümlər

10.08.2026 229
.

Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı

Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə

10.08.2026 134
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10.08.2026 254
.

Biləcəridə evdən qadın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 71 yaşlı Zübeycət Çerçi qızı Əhmədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğunda aparılı

10.08.2026 245
.

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarix

10.08.2026 238
.

Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas

10.08.2026 170
.

Ermənistanda yeni konstitusiya və AİB-Aİ üzvlüyü müzakirəsi - Paşinyana SƏRT İTTİHAM

Ermənistanda yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi, eləcə də ölkənin Avropa İttifaqına (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələr Baş nazir Nikol Paşinyanın müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərir. xəbər verir ki, bunu Ermənistan Respublik

10.08.2026 262
.

Beynəlxalq Kosmik Stansiya orbitdən necə çıxarılacaq? - DETALLAR

ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən alınmasının son prosesini həyata keçirəcək. xəbər verir ki, bunu Yuri Qaqarin adına Kosmonavt Təlim Mərkəzinin əməkdaşı Oleq Kononenko TASS-a yerləşdirilib. Onun sözlərinə görə, BKS-nin orbitdən götürülməsi son ABŞ-ın xüsusi Orbitindən Çıxarılma Vasitəsin

10.08.2026 218
.

Yuxular təsadüfi deyil, beyin reallığını yenidən formalaşdırır - Maraqlı kəşf

Yuxular sadəcə gün ərzində yaşanan hadisələrin təkrarı deyil. Alimlər müəyyən ediblər ki, beyin yuxu zamanı xatirələri təxəyyül, emosiyalar və gözləntilərlə birləşdirərək tamamilə yeni ssenarilər yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, bu nəticəyə İtaliyanın Lucca şəhərində fəaliyyət göstərə

10.08.2026 169
.

TOP MP3