Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqalBu yaxınlarda yerli mediada Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhhətində ciddi problem yaranması barədə məlumat yayılmışdı.

Hadisə ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata görə, adının açıqlanmasını istəməyən xəstə "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Şükür ki, xəstə Gömrük Hospitalının həkimləri tərəfindən xilas oluna bilib.

Amma məlumatda diqqət çəkən məqam odur ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol" filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilir.

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamaya görə, "Neapol" filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:

"Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".

"Laser Beauty Klinikası"nın "Neapol" filialının baş həkimi Natavan Əmirova Qaynarinfo-ya açıqlamasında xalq artistinin gəlini ilə bağlı məlumatı təsdiqləməyib. Lisenziya ilə bağlı sualın cavabında isə deyib ki, rəhbərlik etdiyi filialın ümumi tibb fəaliyyət göstərməsinə lisenziyası var. Onun sözlərinə görə, lisenziyanın əlavəsində cərrahiyyə əməliyyatları aparılmasına icazə var:

"Bu məlumatlar Səhiyyə Nazirliyinin saytında da var və onu rahat şəkildə əldə etmək mümkündür. "Laser Beauty" Klinikasının "Neapol" filialının cərrahi əməliyyat etmək üçün hüququ və tam olaraq bunun üçün bütün şəraiti var. Lisenziya verilməzdən öncə Səhiyyə Nazirliyinin əməkdaşları bizim klinikada olublar, yoxlama aparıblar və ondan sonra klinikaya lisenziya verilib. Bununla yanaşı lisenziyanın əlavəsi də alınıb. Lisenziyanın əlavəsində də qeyd edilib ki, cərrahi xidmətlər göstərmək üçün bizim hər bir şəraitimiz var".

Səhiyyə Nazirliyinin açıqlamasını Natavan Əmirovanın diqqətinə çatdırdıqda isə baş həkim bildirib ki, cərrahi əməliyyat növləri heç bir lisenziyanın əlavəsində göstərilmir:

"Sadəcə, cərrahiyyə xidməti yazılır. Nazirlər Kabinetinin qərarı var. Həmin qərarın hazırlanmasında şəxsən özüm iştirak etmişəm. Ya icazən var, ya da yoxdur, vəssalam. Hansı əməliyyatlar aparıla biləcəyi barədə qeyd isə nə "Sağlamlığın qorunması haqqında" Qanunda, nə Nazirlər Kabinetinin hər hansı qərarında, nə də Səhiyyə Nazirliyinin əmrində var".

Natavan Əmirova 2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən klinikaya verilən lisenziyanı və onun 12 avqust 2022-ci il tarixli əlavəsinin surətlərini də redaksiyaya təqdim edib.

Qeyd edək ki, "Laser Beauty Clinic"in Bakı şəhərində 5 filialı mövcuddur. Klinika şəbəkəsinin direktoru Rəna Soltanovadır.

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqalBakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1427   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 301
.

İngiltərənin məşhur klublarının biabırçı MƏĞLUBİYYƏTLƏRİ

"Mançester Yunayted", "Liverpul", "Çelsi" və digər komandaların aşağı divizion klubları ilə oyunlardan necə şokla ayrıldıqlarını xatırladırıq. Londonun "Arsenal" komandası bu mövsümün İngiltərədə ən böyük qalmaqallarından birinə səbəb olub. Premyer Liqanın hazırk

29.10.2026 217
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir

29.10.2026 248
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29.10.2026 336
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29.10.2026 142
.

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını

29.10.2026 414
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

29.10.2026 267
.

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide

29.10.2026 244
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29.10.2026 201
.