Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmürAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət institutlarının yaradılması və möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin müəyyənləşdirməsi üçün mühüm təməl yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət davam etdirilərək Azərbaycanın bütün istiqamətlərdə, habelə iqtisadi, enerji, nəqliyyat, diplomatik və hərbi imkanları genişləndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Silahlı Qüvvələri 44 günə ərazi bütövlüyümüzü, 23 saata dövlət suverenliyimizi tam bərpa etdi.

Azərbaycan bu gün orta güc dövləti kimi tanınır, hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır. Güclü dövlətin əsasını isə milli birlik təşkil edir.

Birliyimiz, güclü vətənpərvərliyimiz və həmrəyliyimiz bizi dünya xalqları arasında fərqləndirir. Məhz, bu güclü milli ruh sayəsində Azərbaycan xalqı üç onillik keçsə belə, heç zaman işğalla barışmadı və vətənə bağlılıq torpaqlarımızın işğaldan azad edilməsində əsas rol oldu.

Bu gün Azərbaycan regional proseslərdə öz maraqlarını müdafiə edə bilən, enerji və nəqliyyat layihələrində mühüm rol oynayan, müxtəlif beynəlxalq platformalara ev sahibliyi edən və müstəqil xarici siyasət yürüdən ölkədir. Enerji təhlükəsizliyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantıları, regional əməkdaşlıq və diplomatik təşəbbüslər baxımından ölkəmizin çəkisi artıb.

Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün potensial təhlükələr sərhədlərimizin kənarından gəlir. Bəzi qüvvələr müxtəlif vasitələrlə ölkəmizin dövlət institutlarına inamı sarsıtmağa, milli həmrəyliyi zəiflətməyə, ölkəmiz haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər göstərir.

Əvvəllər xarici müdaxilə deyəndə daha çox siyasi və diplomatik təzyiq başa düşülürdüsə, bu gün informasiya texnologiyaları vəziyyəti dəyişib.

İndi bir ölkəyə fiziki müdaxilə etmədən də onun informasiya məkanına və ictimai fikirinə təsir göstərilə bilir. Dezinformasiya, təhrif olunmuş məlumatlar, saxta xəbərlər və sosial şəbəkələrdə manipulyativ kampaniyalar vasitəsilə insanların emosiyalarına təsir etmək mümkündür.

Məqsəd bəzən konkret hadisə ilə bağlı ictimai rəyi dəyişmək, bəzən isə daha uzunmüddətli perspektivdə cəmiyyətin milli dəyərlərinə yönəlir.

Qarabağ məsələsi ilə bağlı uzun illər aparılan təbliğat kampaniyalarını da bu kontekstdə qiymətləndirmək olar. Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısının alınması və tarixi faktların fərqli təqdim edilməsi informasiya mübarizəsinin mühüm hissəsi idi. Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri isə öz informasiya imkanlarını gücləndirməsidir.

2027-ci ildə müsəlman dünyası və Avropa İttifaqının Azərbaycanda keçiriləcək mühüm tədbirləri təsadüfi deyil. Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və dialoq platforması kimi mövqeyini gücləndirib. Mühüm tədbirlərin Bakıda keçirilməsi Bunun arxasında Azərbaycanın son illərdə yaratdığı böyük diplomatik kapital dayanır. Bu gün Azərbaycan müxtəlif coğrafiyaları və siyasi platformaları bir araya gətirə bilən ölkə kimi çıxış edir. Bir tərəfdən ABŞ və Çin kimi böyük güclərlə strateji tərəfdaşıq, müsəlman dünyası ilə sıx əlaqələrimiz var, digər tərəfdən Avropa ilə enerji, nəqliyyat və siyasi əməkdaşlıq istiqamətlərində mühüm münasibətlər qurulub. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu praktik şəkildə həyata keçirir.

Beynəlxalq platformalar vasitəsilə Azərbaycan öz haqlı mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edir.

Beləliklə, ən mühüm üstünlük "gündəm formalaşdıran ölkə" olmağımız, aparılan uğurlu xarici siyasət nəticəsində qlobal gündəliyi diqtə etmək imkanı əldə etməyimizdir.

Prezident İlham Əliyevin 7-ci Mədəniyyətlərarası Forumundakı mesajının əsas mahiyyətlərindən biri də budur ki, mədəniyyətlərarası dialoq yalnız mədəniyyət məsələsi deyil, həm də beynəlxalq münasibətlər və təhlükəsizlik məsələsidir. Dünyada müxtəlif cəmiyyətlər arasında inamsızlıq artdıqca, dialoqun əhəmiyyəti də artır. Azərbaycanın belə bir forumu keçirməsi də özlüyündə bir mesajdır: fərqliliklər qarşıdurma üçün səbəb olmamalıdır. Eyni zamanda, dialoq qarşı tərəfin daxili işlərinə müdaxilə etmək anlamına gəlməməlidir. Həqiqi dialoq suverenliyə, qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Son Xəbərlər