Firuzə İbadova niyə kirayədə yaşayır?
"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir".
Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadovanın qızı Hülya "Astar" layihəsində deyib.
Bir müddət əvvəl səhhətində ciddi problem olduğunu açıqlayan F. İbadova sosial şəbəkədə tənqidlərə məruz qalıb. Hülya anasına yazılan mənfi rəylərə reaksiya verib:
"Bizi qınayırlar. Bu dəqiqə təkəm. Anamın həm oğlu, həm qızıyam. Adi zəng gələndə, yazanda deyirəm ki, dua edin, buna ehtiyacım var. Artıq yazıb bizi yaralamayın. Olmaz, etməyin. Haqqımıza girməyin. Biz gəlib qapınızı döyüb nəsə istəyirik? Biz nə vaxt kimdənsə nəsə istəmişik?
Firuzə xanım kimi təmkinli deyiləm, çox aqressivəm. Biz kiməsə demirik ki, ev ver, onu et. Sənət dostları gəlir, onlara belə qıymıram. Deyirlər, qonorar? Bilirsiniz, anam hansı az pula işləyib? Cavanşir Məmmədova deyirdilər ki, niyə az pul verirsən? Deyirdi ki, komandam böyükdür, hamı arasında bölünür. Gücüm buna çatır, istəmir, gəlməsin. Anama düşən həmin az pulla dolanıb.
Biri yazır ki, onun varı idi, sənin yox. O rəhbər olub, anam uşaq oxutdurub, nəvəsini saxlayıb. Anam 2010-cu ildə xəstələnəndə evimizi, mən maşınımı satdım. Zinət əşyalarımızı satdım, iynə-dərmana verdim. Anamı sağaltdıq, əlimizdə heç nə qalmadı. Az pulla kreditə ev götürdük, hər ay az-az ödəyirdik. Pandemiya düşdü və biz ödəyə bilmədik, satdıq. Öz pullarını götürdülər, mənə borcları yoxdur. 30 min pulumuz qaldı, birotaqlı ev aldıq. İki il yaşadıq, sonra satdıq, dolana bilmirdik. Satdığımız evdə kirayədə qaldıq. Oradan da çıxdıq, gəldik bura. Anam 3-5 min pul qazanmayıb. Heç vaxt evimizdə elə pul olmayıb. Paltarı alıb, neçə ay sonra pulunu vermişik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 190 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib
Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara
10:28 250 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27.10.2026 352 İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir". Bunu BİG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. "İslam Əməkdaşlıq Təşkilatını
11:38 285 İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:30 95 Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr
"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd
14:24 200 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 280 Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları
10:41 298 Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil
Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc
12:16 228 Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq
2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31
12:56 247