Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldıAzərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.

"Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutmasının bağışlanmaz olduğu bildirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında deyib ki, Ramiz Mehdiyevin ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verdiyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:

"Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz.

Bütün bunlara görə Ramiz Mehdiyevin törətdiyi ölkə vətəndaşına və Akademiya üzvünə yaraşmayan cinayət əməlləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə haqqındakı hökmü nəzərə alınaraq, onun AMEA üzvlüyündən çıxarılması məqsədəuyğun hesab edilib və AMEA Rəyasət Heyəti üzvlərinin müzakirəsinə verilib".

AMEA Rəyasət Heyətinin üzvləri müstəqil dövlətimizə xəyanət edən, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd göstərən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni sərvətlər əldə edən Ramiz Mehdiyevin alim adına yaraşmayan cinayət əməllərini qətiyyətlə pisləyib, məhkəmə ilə sübut olunmuş həmin hərəkətlərin qəbuledilməz olduğunu nəzərə çatdırıb, ona akademiya üzvləri arasında yer olmadığını deyiblər.

Qeyd edilib ki, dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutması bağışlanmazdır.

Yekunda Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27.10.2026 331
.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 450
.

İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir

"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir". Bunu BİG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. "İslam Əməkdaşlıq Təşkilatını

11:38 270
.

Sabahın havası açıqlandı

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

12:44 201
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 464
.

Alış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə

Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar

13:22 168
.

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v

11:40 267
.

Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr

"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd

14:24 166
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol

10:31 236
.