Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır
İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətdə dəyişiklik qeydə alınır.
Qaynarinfo xəbər verir ki, Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Kristofer Kotsakisin rəhbərlik etdiyi tədqiqatda Qlobal Naviqasiya Peyk Sisteminin (GNSS) məlumatlarından istifadə olunub.
Yer səthində dəyişikliklər qeydə alınıb
Yer mükəmməl kürə formasında deyil. Planetin öz oxu ətrafında fırlanması nəticəsində ekvator hissəsi bir qədər qabarıq, qütblər isə basıqdır. Lakin qlobal istiləşmənin sürətləndirdiyi buzlaq itkisi bu formanın tədricən dəyişməsinə səbəb olur.
Ölçmələr göstərib ki, 2011-2015-ci illərdə qütb bölgələrində bərk səth hər il təxminən 0,5-1 millimetr yüksəlib. Ekvator ətrafında isə buna yaxın miqyasda daralma müşahidə olunub.
Tədqiqatçılar dəyişikliklərin sürətləndiyini də müəyyən ediblər. Hesablamalara əsasən, hər onillikdə qütblərdə illik yüksəlmə sürəti təxminən 0,25 millimetr, ekvator ətrafındakı səthin illik daralma sürəti isə 0,4 millimetr artır.
Buzlaqların əriməsi Yer qabığına necə təsir edir?
Qütblərdəki nəhəng buz kütlələri Yer səthinə böyük təzyiq göstərir. Buzlar əridikcə bu yük azalır və yer qabığı tədricən yuxarı qalxır. Əriyən buzlardan yaranan suyun planetin digər bölgələrinə, o cümlədən ekvator ətrafına paylanması isə həmin ərazilərdə əlavə yük yarada bilər.
Bununla belə, alimlər mühüm məqama diqqət çəkirlər: araşdırmada yalnız Yerin bərk səthində baş verən dəyişikliklər nəzərə alınıb. Okeanlarda toplanan suyun təsiri də hesablandıqda, ekvator ətrafında planetin ümumi eninin artması davam edə bilər.
İqlim dəyişikliyinin daha bir təsiri
Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə Yerin yalnız temperaturuna və dəniz səviyyəsinə deyil, fiziki xüsusiyyətlərinə də təsir edir. Planetin fırlanma sürəti, fırlanma oxu və cazibə sahəsində də dəyişikliklər baş verə bilər.
Yerin formasındakı bu kiçik dəyişikliklər canlılar üçün birbaşa təhlükə yaratmasa da, araşdırma iqlim dəyişikliyinin planetin bərk səthində belə ölçülə bilən izlər buraxdığını göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 126 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
20:59 0 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
15:30 236 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
14:03 237 Prezident ailəsi ilə sərgidə - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"
16:57 243 Milyarderin oğlu dayanacaqda öldürüldü
Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində
20:00 100 Avropa liderləri Putinlə telefon danışığı apardılar
Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini
20:45 64 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
14:18 293 Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil
Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ
12:39 229 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
20:30 85