Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara, uzaq kosmosa göndərilməsi baxımından mühüm hadisələrdən biri hesab edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Science et Vie" portalı məlumat yayıb.

Kosmik aparat Baykonur kosmodromundan "Proton" daşıyıcı raketi ilə buraxılıb. İlkin olaraq Yerətrafı orbitə çıxarılan kapsul daha sonra Aya doğru istiqamətləndirilib. Üç gün davam edən uçuş zamanı aparat Ayın Yer üzündən görünməyən tərəfinin təxminən 1950 kilometrliyindən keçərək geri dönüş yoluna çıxıb. Missiya zamanı Yerdən təxminən 90 min kilometr məsafədən planetimizin də fotoları çəkilib.

Tısbağaların seçilməsi təsadüfi olmayıb. Alimlər bu heyvanların uzun müddət qidasız qalmağa və oksigen çatışmazlığına dözümlülüyünü nəzərə alıblar. Beləliklə, onlar Ay ətrafında uçuş həyata keçirən ilk canlılar kimi tarixə düşüblər.

Kosmik aparat planlaşdırılan yerə enə bilmədi

Sentyabrın 21-də Yerə qayıdan aparatın atmosferə daxilolma trayektoriyasında idarəetmə sistemindəki nasazlıq səbəbindən dəyişiklik baş verib. Nəticədə kapsulun Qazaxıstan ərazisinə enməsi planı baş tutmayıb və aparat Hind okeanına düşüb.

Hadisə yerinə ilk olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri çatıb. Daha sonra sovet gəmisi "Vasili Qolovnin" kapsulu sudan çıxararaq göyərtəsinə götürüb. Oktyabrın 3-də aparat Bombeyə (indiki Mumbay) çatdırılıb, oradan isə təyyarə ilə Moskvaya göndərilib.

Alimlər tısbağaları müayinə etdikdə onların bir qədər çəki itirdiyini, lakin ümumi vəziyyətlərinin yaxşı olduğunu müəyyənləşdiriblər. Bu nəticə kosmik uçuşun canlı orqanizmlərə təsirinin öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.

"Zond-5" missiyası Sovet İttifaqının Ay istiqamətindəki kosmik tədqiqatlarının mühüm mərhələlərindən biri olub. Uçuş insanlı Ay missiyalarına hazırlıq prosesində də əhəmiyyətli təcrübə qazandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

26.10.2026 235
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26.10.2026 288
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

26.10.2026 167
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 159
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

26.10.2026 276
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 232
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26.10.2026 263
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26.10.2026 245
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26.10.2026 86
.