"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA
İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inamı ilə əlaqəli ola bilər.
Bəs insanı ona zərər verən münasibətdə qalmağa vadar edən əsas psixoloji amillər hansılardır? Yaş və həyat təcrübəsi bu davranışa necə təsir edir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında psixoloq Fatimə Abdullazadə bildirib ki, həyatda bəzən kənardan hər şey gün kimi aydın görünür:
"Münasibət dağıdıcıdır, qarşı tərəf dəyər vermir, hər gün göz yaşı və inciklik gətirir. Amma bütün bunlara baxmayaraq, insan o əlaqəni bitirə bilmir. Ayrılmaq qərarı verilir, lakin həyata keçirilmir. Hər dəfə "bu son şansıdır"deyilir, amma yenidən eyni dövrəyə qayıdılır. Bəs niyə insana onu incidən, dəyər verməyən birindən uzaqlaşmaq bu qədər çətin gəlir? Niyə şüurumuz getməli olduğumuzu dediyi halda, qəlbimiz bizi yerimizdə saymağa məcbur edir?
Mən bir klinik psixoloq olaraq bu sualın cavabını insan psixologiyasının ən dərin qatlarında-beynin işləmə mexanizmində axtarardım. İnsanı belə münasibətlərdə tutub saxlayan güc əslində sevgi deyil. Beynimizin "aralıqlı pekişdirmə"(intermittent reinforcement) dediyimiz güclü bir psixoloji mexanizmə düşməsidir".
Müsahibimiz əlavə edib ki, əgər bir insan sizə daimi olaraq pis davranırsa, siz o insandan tezliklə uzaqlaşarsınız:
"Yox, əgər yaxşı davranırsa, sağlam münasibət qurarsınız. Amma problem odur ki, zəhərli münasibətlərdə sevgi və diqqət müəyyən aralıqlarla - qeyri-müəyyən zamanlarda verilir. Məhz bu zaman beyində dopamin hormonu pik həddə çatır. Eynilə qumar və digər asılılıqlarda olduğu kimi: bu dəfə qazanmadınız, amma bəlkə "gələn dəfə qazanaram"ümidi sizi orada saxlayır. Toksik münasibətlərdə də məsələ bax elə bu cürdür. Sizi orada saxlayan qarşı tərəfin münasibəti yox, "bəlkə gələn dəfə düzələr"düşüncəsidir. Nəticədə travmatik bağlılıq və qarşı tərəfin dəyişəcəyinə ümid şiddətli emosional ağrıya səbəb olur. Beynimiz arada bir verilən kiçik diqqət damlaları ilə qidalanır,bu qeyri-sabit rəftara uyğunlaşdıqca keçmişdəki "şirin anları" xatırlayıb özünü aldadır. Şüuraltımız münasibətin özünü deyil, onun düzələcəyi ilə bağlı olan ümidə bağlanır".
Psixoloqun sözlərinə görə, insanın həyatda olduğu mərhələ və qazandığı təcrübə bu emosional girdabla mübarizə üsullarını dəyişdirir:
"Münasibətin ilk illəri və gənclik dövründə emosional dalğalanmalar daha şiddətli olur. Sevgini hər şeyin bahasına qorumaq istəyi, idealist gözləntilər və ağrının belə sevginin bir parçası kimi qəbul edilməsi uzaqlaşmağı çətinləşdirir. Daha yetkin dövrdə isə həyat təcrübəsi artdıqca insan vaxtın və şəxsi sərhədlərin dəyərini daha dərindən anlayır. Özünüdərk artdıqca destruktiv əlaqələrdən qopmaq daha şüurlu xarakter alır.
Sonda özünüzə bu sualı verin: "Mən bu münasibətdə həqiqətən sevilirəm, yoxsa sadəcə növbəti dopamin dozasını gözləyirəm?"Reallıqla üzləşmək nə qədər çətin olsa da, azadlığa aparan ilk addım bunu qəbul etməklə başlayır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 227 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il
25.10.2026 332 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 413 Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı
12:23 138 Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı
Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar
25.10.2026 330 Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi
Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub
25.10.2026 325 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
13:54 0 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 332 Prezident həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca
11:41 144 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb
25.10.2026 335