Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentləri tükənənlər çıxış yolunu bəzən başqa dövlətlərin rəhbərlərini hədəfə almaqda görürlər. Ancaq cənab Erbakan unudur ki, Azərbaycan nə onun siyasi tribunasıdır, nə də Türkiyədəki problemlərdən yayınmaq üçün istifadə ediləcək hədəf lövhəsi!
Fatih Erbakan, Azərbaycan Prezidentinin adını ağzınıza almamışdan əvvəl bir düşünün: Siz Türkiyənin hansı problemini həll etmisiniz ki, indi başqa bir dövlətin rəhbərinə siyasi əxlaq dərsi keçməyə çalışırsınız?

Siyasi populizmin ən rahat yolu budur: xalqın narazılığını götür, üzərinə bir neçə ittiham əlavə et, sonra da məsuliyyəti başqasının üzərinə at. Amma bu üsul nə problemləri həll edir, nə də siyasətçini böyük dövlət xadiminə çevirir.

Ən təəccüblüsü isə budur ki, siz iki prezident arasındakı münasibətləri öz siyasi mübarizənizin predmetinə çevirməkdən çəkinmirsiniz. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin telefon danışığını, diplomatik təmaslarını və qarşılıqlı münasibətlərini daxili siyasi ittihamlarınızın materialına çevirirsiniz. Nə üçün? Türkiyənin daxili problemlərinə Azərbaycanı da şərik etmək üçünmü?

Cənab Erbakan, öz siyasi rəqibinizlə hesablaşmaq istəyirsinizsə, bunu öz ölkənizdə edin! Azərbaycan Prezidentini Türkiyədəki siyasi mübahisələrinizə sürükləmək sizin siyasi haqqınız deyil!

Oktay Saral məsələsinə gəlincə, cənab Erbakan, siyasət elə bir yerdir ki, bu gün başqasının siyasi taleyini müzakirə edən sabah özü eyni suallarla üzləşə bilər. Oktay Saralın aqibətinin sizi də gözləyə biləcəyini unutmayın! Heç bir siyasətçi özünü siyasi hadisələrin fövqündə görməməlidir. Bu gün başqasına ünvanladığınız sərt sözlərin sabah özünüzə yönəlməyəcəyinə zəmanət yoxdur.

Amma məsələ təkcə sizin siyasi taleyiniz deyil. Məsələ Azərbaycanın suverenliyinə münasibətinizdir. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmırsa, siz də Azərbaycanın daxili siyasi qərarlarını Türkiyədəki mübahisələrin alətinə çevirməməlisiniz. Bu, xüsusi güzəşt deyil, müstəqil dövlətlər arasında münasibətlərin ən elementar prinsipidir.

Azərbaycanla Türkiyənin münasibətləri sizin siyasi hesablarınızdan, partiya maraqlarınızdan və gündəlik bəyanatlarınızdan daha böyükdür. Bu qardaşlıq ağır sınaqlardan keçib, tarixin içindən gəlib və milyonlarla insanın milli yaddaşında yaşayır. Siz bir statusla bu münasibətləri sarsıda bilməzsiniz. Ancaq məsuliyyətsiz sözlərinizlə öz siyasi yanaşmanız barədə ciddi suallar yarada bilərsiniz.

Bir şeyi də yaxşı anlayın: Azərbaycan Prezidentinin ünvanına yönələn hər əsassız ittihamı Türkiyə-Azərbaycan qardaşlığı naminə susaraq qarşılamaq məcburiyyətində deyilik. Qardaşlıq hörmət tələb edir, birtərəfli güzəşt yox!

Siz siyasi müxalifət nümayəndəsisiniz. Elə isə müxalifətçiliyinizi faktlarla göstərin, konkret həll yolları təklif edin, məsuliyyət tələb etdiyiniz yerdə özünüz də məsuliyyət nümayiş etdirin. Azərbaycan və onun Prezidenti haqqında danışmaqla Türkiyənin problemlərini həll etdiyinizi düşünürsünüzsə, yanılırsınız.

Fatih Erbakan, siyasət meydanında sərt danışmaq asandır. Əsl siyasi güc isə sözünün məsuliyyətini daşımaq, faktla danışmaq və öz ölkəsinin problemlərinə həll yolu tapmaqdır.

Ərdoğanla Əliyevin dostluğundan sizə siyasi xal çıxmaz. Azərbaycanın suverenliyini hədəfə almaqla Türkiyədəki problemlərin məsuliyyətini Azərbaycanın üzərinə qoya bilməzsiniz. Başqasının aqibətini müzakirə etməklə də öz siyasi gələcəyinizə təminat qazanmırsınız.

Azərbaycan heç kimin siyasi oyuncağı deyil. İlham Əliyev heç bir xarici siyasətçinin daxili siyasi hesablaşması üçün hədəf deyil. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq isə heç bir partiyanın seçki materialı deyil.

Əvvəl öz siyasi məsuliyyətinizi sübut edin, sonra başqalarına dərs keçin. Azərbaycanın dövlət başçısına münasibətdə isə hər kəs bilməlidir: dövlətimizin suverenliyinə və milli ləyaqətinə hörmətsizlik edən elə o ağırlıqda da cəzasını alacaqdır!

Səbuhi Abbasov
QHT sədri,
7NEWS.az saytının baş redaktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 169   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25.10.2026 380
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 332
.

Kirayə tələsi: Gənclər ev almaq üçün niyə pul yığa bilmir?

"Bakıda mənzil bazarının mövcud vəziyyətini qiymətləndirərkən əsas diqqət yetirilməli məsələlərdən biri kirayə qiymətlərinin əhalinin gəlirləri ilə nə dərəcədə uzlaşmasıdır. Mənzil insanın yalnız yaşayış ehtiyacını qarşılayan vasitə deyil, eyni zamanda sosial təminatın, maliyyə sabitliyinin və gələcə

11:04 180
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25.10.2026 363
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25.10.2026 330
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

12:37 155
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

11:19 159
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

13:54 0
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 203
.