Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDIUkrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək.

Bu barədə "Telegraf" nəşri yazıb.

"Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nun müdafiə qabiliyyətini zəiflədəcək güzəştlər əldə etməyə çalışacaq. Moskvanın irəli sürə biləcəyi tələblər arasında alyans qüvvələrinin Polşa, Estoniya, Latviya, Litva və NATO-ya 2023-cü ildə qoşulan Finlandiyadan çıxarılması da var", - nəşrin məlumatında qeyd olunub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında tarixçi Zaur Əliyev bildirib ki, diplomatiya sahəsində tədqiqat aparan və çalışan işçilər belə oyunları asanlıqla görə bilir:

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI"Buna "maksimalist danışıqlar taktikası" deyirlər.  Diplomatik təcrübədə tərəflər masaya ən yüksək, hətta qarşı tərəf üçün qeyri-mümkün görünən tələblərlə otururlar. Məqsəd, sonrakı mərhələlərdə bu qeyri-real tələblərdən "güzəştə getmək" görüntüsü yaradaraq, əvəzində özləri üçün daha sərfəli nəticələr əldə edirlər. Real vəziyyət nədir? Hər iki tərəfin ciddi canlı qüvvə və resurs itkilərinə baxmayaraq, cəbhə xəttində tam üstünlük təmin edilə bilmir. Bu vəziyyət münaqişənin yaxın dövrdə tam sülhlə deyil, Koreya ssenarisinə bənzər aktiv döyüşlərin dayandırılması və xəttin dondurulması ilə nəticələnə biləcəyi ehtimalını artırır".

Müsahibimiz qeyd edib ki, Rusiya oxşar ultimatumu 2021-ci ilin dekabrında - Ukraynaya genişmiqyaslı hücumdan cəmi iki ay əvvəl də Qərbə təqdim etmişdi:

"Hazırkı qarışıqlıq fonunda bu məsələnin yenidən gündəmə gətirilməsi Kremlin "maksimalist danışıqlar taktikası" ilə bağlıdır.
Putinin irəli sürdüyü şərtləri real sülh əldə etmək üçün deyil, danışıqlar masasında Qərbdən maksimum güzəştlər  qoparmaq üçün istifadə edilən strateji təzyiq formasıdır.  NATO bu şərtləri qəbul etməyəcəyi üçün Avropada gərginlik və silahlanma yarışı hələ bir müddət də davam edəcək. NATO-nun Putinin bu şərtini qəbul etməsi praktiki olaraq qeyri-mümkündür. Çünki Polşa, Estoniya, Latviya, Litva və Finlandiya alyansın suveren üzvləridir və onların müdafiəsini zəiflətmək NATO-nun ləğvi mənasına gəlir. Bu səbəbdən alyans bu tələbi qəti şəkildə rədd edəcək".

Zaur Əliyevin sözlərinə görə, Rusiya NATO-nun Polşa və ya Finlandiyadan çıxmayacağını çox yaxşı bilir:

"Amma masaya ən böyük tələbi qoyur ki, sonradan güzəştə gedirmiş kimi görünsün. Əsl məqsədi isə Ukraynanın ələ keçirdiyi torpaqlarını özündə saxlamaq və iqtisadi sanksiyaları ləğv etdirməkdir.
"Telegraf"ın yazdığı ssenari sülhün əldə olunmasından çox, tərəflərin bir-birinin psixoloji və hərbi dözümlülüyünü sınağa çəkmək mərhələsinə qədəm qoyduğunu göstərir. Avropada yaxın illərdə tam sabitliyin bərpa olunması real görünmür; əksinə, gərgin diplomatik rəqabət və lokallaşdırılmış hərbi qarşıdurma mərhələsi davam edəcək".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 143   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 1
.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 181
.

Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı

12:33 167
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 331
.

Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq

İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib

11:02 186
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25.10.2026 341
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 173
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 136
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 128
.