Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirirQədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regionda və dünyada sabitliyin, əməkdaşlığın təmin olunması mühüm yer tutub. Rəsmi Bakı qlobal miqyasda sülh, əməkdaşlıq, həmrəylik layihələrində daim fəal iştirak edərək regionda və dünyada sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir.

Rəsmi Bakı hər zaman sülhün, beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyünün və suvrenliyinin qorunması prinsiplərinə əsaslanan siyasət yürüdüb. Prezident İlham Əliyev uzun illərdən bəri münaqişələrin dinc yolla, danışıqlar masası arxasında həllinə üstünlük verdiyini bəyan edib. Azərbaycan heç zaman müharibə istəməyib. Təqribən üç onillik ərzində Azərbaycanın 20 faiz torpaqlarını havadarlarının dəstəyi ilə işğal altında saxlayan, Qarabağ və Şərqi Zəngəzurdan, eləcə də indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından 1 milyon azərbaycanlını qovub etnik təmizləmə həyata keçirən təcavüzkar Ermənistan Azərbaycanı müharibəyə vadar edib.

Prezident İlham Əliyev oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışında Ermənistanın işğalçılıq siyasətindən danışaraq bildirib ki, Azərbaycanı müharibəyə məcbur edən Ermənistan və havadarları görünür ki, respublikamızı öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər: "Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər
.
Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib.Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar".
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi təxribatlar törətməsi Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi. Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi azad etdi.
Qırx dörd gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər Günü kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezidentimizin siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur . Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.

Azərbaycanın tam suverenliyinin bərpası isə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə təmin edildi. Həmin ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri Azərbaycanın müasir tarixinə suverenliyin tam bərpası günü kimi həkk olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat ölkənin bütün ərazilərində separatizmin kökünü kəsdi və konstitusiya quruluşunu təmin etdi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri silahı yerə qoydu, mövqelərdən çıxdı və tamamilə tərksilah olundu. Qarabağda fəaliyyət göstərən qondarma rejimin özünü buraxdığını elan etməsi ilə regionda separatizmə birdəfəlik son qoyuldu. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı və dövlət orqanlarının fəaliyyəti bərpa edildi.
Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı daim fəal və əsaslandırılmış şəkildə çıxış edir. Ancaq dövlətimizin başçısı İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışında bildirdiyi ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib. Belə ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Onun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox, münaqişəni dondurmaq idi.
Rəsmi Bakı təxminən 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində, qanunauyğun və dinc vasitələrlə həll olunmasına səbirlə sadiq qalmışdır. Ölkəmiz hər zaman BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanaraq hərəkət etmişdir. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi Azərbaycan tərəfindən öz suveren ərazilərini azad etmək və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu təmin etmək məqsədi daşıyan məcburi bir addım idi. Müharibə bitdikdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün təmin edilməsi, kommunikasiyaların açılması və Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 əsas prinsip təqdim edərək prosesin əsas təşəbbüskarı qismində çıxış edib. Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və Böyük Qayıdış Proqramı da bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

13:00 159
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə BİG.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

09:58 168
.

Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar

"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını

10:42 180
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13:46 159
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 179
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 331
.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 181
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 243
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

14:52 105
.