Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksək olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Phys.org" nəşri məlumat yayıb.
Nümunələr 1960-cı illərdə ABŞ-nin Soyuq müharibə dövründə həyata keçirdiyi məxfi hərbi layihə çərçivəsində, təxminən 1,6 kilometr qalınlığında buz təbəqəsinin altından götürülüb. Həmin vaxt amerikalı hərbçilər "Camp Century" adlı baza yaratmağı və buz örtüyünün altında nüvə raketləri üçün sığınacaqlar sistemi qurmağı planlaşdırırdılar. Lakin nümunələr uzun müddət unudulub və yalnız 2018-ci ildə yenidən alimlərin diqqətini cəlb edib.
Buffalo Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqat qrupu çöküntülərdə qorunub qalmış bakteriyaların istehsal etdiyi yağ turşularını təhlil edib. Bu molekulların tərkibi temperaturdan asılı olaraq dəyişdiyinə görə alimlər keçmişdəki iqlim şəraitini müəyyənləşdirə biliblər.
Araşdırmanın ilk müəllifi Con Maykl Aquiler bildirib ki, nisbətən isti dövrün Qrenlandiya buz örtüyünün əhəmiyyətli dərəcədə geri çəkilməsi ilə üst-üstə düşməsi diqqətçəkən nəticədir. Alimlərin hesablamalarına görə, nümunələrin götürüldüyü "Camp Century" ərazisinin buzdan azad olması üçün Qrenlandiya buz örtüyü həmin bölgədə indiki sərhədindən 97 kilometrdən çox geri çəkilməli idi.
Tədqiqat göstərib ki, buzlaqların əriməsində yalnız temperaturun səviyyəsi deyil, isti iqlimin nə qədər davam etməsi də mühüm rol oynayır. Təxminən 5-10 min il əvvəl Qrenlandiyada yay temperaturu bəzi göstəricilərə görə qədim isti dövrdəki səviyyəyə yaxın olsa da, "Camp Century" yenə buz altında qalıb. Ehtimala görə, təxminən 416 min il əvvəl isti iqlim on minlərlə il davam edib və buz örtüyünün daha çox əriməsinə şərait yaradıb.
Bununla belə, alimlər keçmişdəki iqlim dəyişikliklərini müasir dövrlə birbaşa müqayisə etməyin düzgün olmadığını vurğulayırlar. İnsan fəaliyyəti nəticəsində baş verən hazırkı qlobal istiləşmə daha sürətli gedir. Araşdırma isə uzunmüddətli istiləşmənin Qrenlandiyanın buz örtüyünə necə təsir göstərə biləcəyini anlamaq baxımından əhəmiyyətlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 108 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
14:08 245 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
16:58 250 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
19:00 175 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
18:30 191 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
12:37 288 "Evlənmək üçün vaxtımız yoxdur"
Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır
20:30 176 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
16:11 238 "Heç kimin ad gününə getmirəm"
"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Kəşfət" layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranmas
21:45 128 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
15:06 235