Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Həmin əmlakların siyahısını təqdim edirik:
1. Torpaq sahələri və üzüm bağları:
- Novxanıda üzüm bağları;
- Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
- Novxanıda 155 hektar torpaq sahəsi;
- Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
2. Ailə üzvlərinin adına olan torpaqlar:
- Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;
- Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.
3. Şirkətlər və media fəaliyyəti:
- "Digital Media" MMC - 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və "Media FM" radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.
4. Daşınmaz əmlak və kommersiya obyektləri:
- İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır;
- Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
- "Topaz" və "Qala-R.L." mənzil-tikinti kooperativləri (MTK);
- NLT MMC və "Premium Store" MMC.
5. Digər şirkətlər və ticarət mərkəzləri:
- NLT;
- "Servis";
- "Grand Palace";
- "Astoriya";
- "Astoriya Tibb Mərkəzi" MMC - 2020-ci ildən "German Hospital" adı ilə fəaliyyət göstərir;
- "Qrandezza Ticarət Mərkəzi" MMC - 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;
- "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar.
6. Bank və investisiya şirkətləri:
- "BTB" ASC - nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;
- "BTB Lizinq" ASC;
- "BTB Kapital İnvestisiya Şirkəti" ASC.
7. Nəşriyyat və yaşayış binaları:
- "Şərq-Qərb Nəşriyyat Evi" MMC;
- "Qlobal East West" MMC;
- Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.
8. Villalar və bağ evləri:
- Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa - satış qiyməti 8 milyon dollar;
- Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 170 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 372 Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır
İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd
27.10.2026 312 Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir
Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj
10:25 136 İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol
10:31 133 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 323 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 79 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27.10.2026 526 Pişiklər maşında niyə dayanmadan miyoldayır?
Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə
27.10.2026 366 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 42