Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidirAzərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulaması müasir hibrid müharibələr şəraitində milli təhlükəsizlik anlayışının daha geniş müstəvidə nəzərdən keçirilməsinin vacibliyini göstərdi. Beynəlxalq münasibətlər sistemində ikili standartların tənqid edilməsi, eləcə də kənar güclərin digər dövlətlərə öz həyat tərzini diktə etmək cəhdlərinin qətiyyətlə rədd olunması Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prinsiplərini bir daha nümayiş etdirdi.
Azərbaycanın daxili sabitliyi, milli həmrəyliyi və xalq-iqtidar birliyi dövlətin təhlükəsizliyinin dayaqlarını təşkil edir. Etnik, dini və sosial zəmində qarşıdurmaların qarşısının alınması istiqamətində formalaşmış ictimai həmrəylik ölkənin dayanıqlılığını gücləndirir. Belə bir şəraitdə xarici dairələrin daxili proseslərə təsir göstərmək cəhdləri ideoloji təzyiqlər, informasiya hücumları və milli dəyərlərə müdaxilə kimi vasitələrlə özünü göstərə bilər. Prezident İlham Əliyevin daim ayıq-sayıq olmağın vacibliyini vurğulaması məhz bu cür asimmetrik təhdidlərin vaxtında müəyyənləşdirilməsinin və qarşısının alınmasının əhəmiyyətindən irəli gəlir. Milli kimliyin, dövlətçilik ənənələrinin və tarixi-mədəni dəyərlərin qorunması fiziki sərhədlərin mühafizəsi qədər mühüm strateji vəzifədir.
Qlobal siyasətdə başqa xalqlara həyat tərzi diktə etmək cəhdləri neokolonial təfəkkürün müasir təzahürlərindən biridir. Prezident İlham Əliyevin başqalarına əxlaq dərsi verməyə çalışan dairələri əvvəlcə özlərinə nəzər salmağa çağırması Qərb mərkəzli siyasi riyakarlığa tutarlı cavabdır. Tarixən müstəmləkəçilik siyasəti yürüdən və bu gün də başqa dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışan dairələrin mənəvi üstünlük iddiası ciddi suallar doğurur. İnsan hüquqları və həyat tərzi bəhanəsi ilə müstəqil dövlətlərə təzyiq göstərilməsi beynəlxalq etimadı zəiflədir.
İkili standartların aradan qaldırılması ədalətli dünya nizamının qurulmasının əsas şərtlərindəndir. Beynəlxalq hüququn selektiv tətbiqi və təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında fərqin nəzərə alınmaması qlobal institutların nüfuzuna xələl gətirir. Ölkəmiz öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra da üzləşdiyi siyasi təzyiqlər ikili standartların beynəlxalq münasibətlərdəki təsirini bir daha göstərdi. Beynəlxalq hüququn siyasi maraqlara uyğun manipulyasiyası isə qlobal təhlükəsizliyə və ədalətə ciddi zərbə vurur.
Milli kimliyin və mədəni suverenliyin qorunması hibrid təhdidlər şəraitində dövlət müstəqilliyinin əsas təminatlarından biridir. Qloballaşma adı altında milli dəyərlərin aşınması və xalqların tarixi köklərindən uzaqlaşdırılması təhlükəsi artır. Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, birgəyaşayış mədəniyyəti və milli dəyərləri yad ideoloji təsirlərə qarşı mühüm sipərdir. Dövlət başçısının vurğuladığı kimi, xalqın öz milli kimliyinə və həyat tərzinə bağlılığı dövlət müstəqilliyinin möhkəm təməlidir. Milli-mənəvi dayaqlarını itirən cəmiyyətin müstəqilliyini qoruması isə ciddi çətinliklərlə üzləşir.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəni təmaslarla yanaşı, qlobal ideoloji hegemonluğa qarşı dialoq və bərabərhüquqlu əməkdaşlıq platforması kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi müxtəlif xalqların və dinlərin nümayəndələrini bir araya gətirərək qarşılıqlı hörmət və anlaşma prinsiplərini təşviq edir. Qlobal gərginliklərin artdığı bir dövrdə bu platformanın əhəmiyyətini qoruması Azərbaycanın beynəlxalq dialoq və sülh təşəbbüslərinə verdiyi töhfəni nümayiş etdirir.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyini sivilizasiyalararası dialoqun inkişafı üçün mühüm üstünlüyə çevirir. Rəsmi Bakı milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdərək kənar diktələrə qarşı prinsipial mövqe sərgiləyir. Azərbaycana qarşı yönələn siyasi təzyiqlər və əsassız ittihamlar ölkənin müstəqil mövqeyinin əhəmiyyətini bir daha önə çıxarır. Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın milli maraqlarını qorumaq və müstəqil inkişaf yolunu davam etdirmək əzmindən xəbər verir.
İdeoloji təhlükəsizliyin təmin olunmasında cəmiyyətin, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi strateji əhəmiyyət daşıyır. Xarici ideoloji təsirlərə və milli şüuru zəiflətmək cəhdlərinə qarşı mübarizədə tarixi zəfərlərimiz, qəhrəmanlıq salnaməmiz və zəngin mədəni irsimiz mühüm rol oynayır. Dövlətin gücü milli həmrəylik, vətənpərvərlik və dövlətçilik dəyərlərinə bağlılıqla ölçülür.
Beləliklə, Prezident İlham Əliyevin 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı ideoloji təhlükəsizliyin müasir dövlətçilik üçün əhəmiyyətini bir daha gündəmə gətirdi. Milli kimliyin, dövlətçilik ənənələrinin və müstəqil həyat tərzinin qorunması suverenliyin mühüm şərtlərindəndir. İkili standartlara qarşı prinsipial mövqe və xarici müdaxilə cəhdlərinin rədd edilməsi Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas istiqamətlərini əks etdirir. Milli həmrəylik, güclü dövlətçilik ənənələri və aydın strateji hədəflər ölkənin müstəqil inkişafının başlıca dayaqlarıdır.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 141   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

11:57 0
.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

27.10.2026 641
.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 366
.

Türk ulduzlarının milyonluq sərvəti - Siyahı

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat

27.10.2026 396
.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 403
.

Metroda ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas

27.10.2026 387
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 360
.

Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Məktəbli hadisə nəticəsində vəfat edib. *. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Qafqazinfo"nun sorğusuna cava

11:27 88
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 428
.