Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Prezident İlham Əliyevin Qlobal Forumda mesajlarıQlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir.
Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisadi və geosiyasi qarşıdurma xətlərinin dəyişdirilməsi cəhdləri strateji rəqabətdə silahlı vasitələri dövriyyəyə salaraq münaqişələrin hərbi tərəfini gücləndirir.
Belə gərgin və problemli vəziyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyev qlobal böhranların fonunda mədəniyyətlərarası dialoqu sülhün mühüm vasitəsi kimi dünyanın diqqətinə çatdırır: Azərbaycan isə bu məsələdə model kimi istinad edilə biləcək etibarlı dövlətdir.
Beynəlxalq və regional çağırışlara cavab vermək üçün kollektiv səylər ortaq məxrəcin tapılmasına istiqamətləndirilməlidir. Lakin belə praqmatik yanaşmalar ideya olaraq yaxşı səslənsə də, bəzən tərs tendensiyalara çevrilir.
Ancaq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycan çərçivələrinin təqdim edilməsi baxımından diqqətəlayiqdir.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin çıxışı kritik və davamlı münaqişəyə səbəb olacaq potensial yanaşmalara alternativdir. Ona görə də dövlətimizin başçısının Forumda Azərbaycan modelini qlobal miqyasda sınaqdan çıxmış effektiv həll yolu kimi önə çəkməsi təsadüfi deyil. Azərbaycan Prezidentinin bu kontekstdə səsləndirdiyi mesajlar bir neçə mühüm geosiyasi və multikultural məzmunu ehtiva edir:
- Azərbaycan nümunəsi unikaldır. Ölkə ərazisində yaşayan bütün etnik qruplar, dini icmalar hüquqi bərabərlik üçün konstitusion təminata malikdirlər;
- Bununla bərabər, dərin tolerantlıq və qarşılıqlı hörmət cəmiyyətin genetik kodunda kök salaraq, həmrəyliyi qoruyan ictimai təfəkkür tərzinə çevrilərək konstitusion mənzərəni praktiki olaraq tamamlayır. Bu, Azərbaycandakı xalqları bir ailə modeli ətrafında birləşdirir;
- Azərbaycan dövləti və multikulturalizm nümunəsi üçün parçalanma amili qəbuledilməzdir, bunun mənbəyi əsas ideoloji dayaq olan azərbaycançılıqdan irəli gəlir. Bu ideologiya etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını vahid siyasi-mənəvi mərkəz ətrafında birləşdirir.
Deməli, Azərbaycan üçün daxili risklər yoxdur, lakin birliyi, həmrəyliyi pozmaq üçün xaricdən təhdid mənbələri formalaşdırılır. Bu, yeni hadisə deyil, amma Azərbaycana qarşı risk amillərinin şaxələnməsi təhlükəsizlik üçün əlavə çağırış deməkdir.
Prezident İlham Əliyev Forumda çıxışında bununla bağlı belə dedi: "Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq".
Müasir dünyada əsas problem ideoloji fərqliliklər deyil, onların məqsədli şəkildə manipulyasiya edilməsi, idarəolunan xaos vasitəsinə çevrilərək dərin hərbi eskalasiyalara və qanlı münaqişələrə keçidinə şəraitin yaradılmasıdır. İdeoloji dünyagörüşlərinin istismar edilməsi Prezident İlham Əliyevin dediyi kimi, ambisiyalar, təcavüz və üstünlük hissinin yaranmasını hədəfləyir. Məhz bu destruktiv yanaşmaya qarşı Azərbaycanın sərgilədiyi prinsipial mövqe qlobal miqyasda mühüm mesajdır. Dövlətimizin başçısının vurğuladığı kimi, istənilən əsassız üstünlük iddiası və ya diktə cəhdləri qətiyyətli müqavimətlə qarşılanıb və qarşılanacaq. Beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipi bərqərar olmasa, qlobal böhranların səngiməsi mümkünsüzdür.
Prezident İlham Əliyev Azərbaycandakı həmrəyliyin 44 günlük Vətən müharibəsində necə təzahür etdiyini göstərməklə münaqişə tərəflərinə təcrübə təqdim edir. Hərçənd ki, dövlətimizin başçısının dediyi kimi, münaqişələr bir-birindən fərqlənir, lakin onların köklərini həmrəylik və multikultural prinsiplərlə aradan qaldırmaq mümkündür.
Prezident İlham Əliyevin Azərbaycanın həm Vaşinqton, həm də Pekinlə strateji tərəfdaşlıq formatında əlaqələrə malik olmasını xüsusi vurğulaması beynəlxalq geosiyasi reallıqların praqmatik xarici siyasətə uğurlu transformasiyasının nəticəsi kimi şərh oluna bilər.
Bundan əlavə, Azərbaycanla Trans-Atlantik məkanın aparıcı aktoru olan Avropa İttifaqı (Aİ) münasibətlərinin dərinləşdirilməsi ölkənin geosiyasi mövqeyini daha da möhkəmləndirəcək.
Beləliklə, Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında fundamental bir həqiqəti ortaya qoydu: Azərbaycanın multikulturalizm modeli daxili sabitliklə bərabər, qlobal miqyasda sülh və təhlükəsizlik arxitekturasının formalaşmasına verilən fundamental töhfə kimi qiymətləndirilə bilər.
Azərbaycanın mövcud dayanıqlılığı xarici risklər qarşısında qorunan siyasi sabitliyin, institusional iradənin və rasional diplomatiyanın məhsuludur.
Azərbaycanın rəsmi Vaşinqton və Pekinlə strateji tərəfdaşlıq formatlarını qoruması, həm də Aİ ilə əlaqələrini dərinləşdirməsi qütblər arasında manevr taktikası kimi görünə bilər. Daha dəqiqi, bu, ölkənin qlobal güc mərkəzlərinin kəsişmə nöqtəsində müstəqil təhlükəsizlik arxitekturası yaratmaq gücünün təzahürüdür. Məhz bu çoxtərəfli qoşulma modeli göstərir ki, Bakı regional aktordan qlobal sistemin iqtisadi və siyasi sabitliyini tənzimləyən əsas tərəfdaş səviyyəsinə yüksəlir.
Rəsmi Bakının qlobal aləmdə sülhün aparıcı aktoru kimi çıxış etməsi isə gələcəyin ədalətli beynəlxalq nizamı üçün mühüm bir istinad nöqtəsi ola bilər.

Abbasağa Səmədov - tarixçi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

11:55 102
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 535
.

İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir

"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir". Bunu BİG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. "İslam Əməkdaşlıq Təşkilatını

11:38 144
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

10:26 190
.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 415
.

Prezident ailəsi ilə sərgidə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"

27.10.2026 437
.

Başqasına təhsil dərsi keçməzdən əvvəl öz evinizə baxın

İran rəsmiləri Azərbaycan qızlarına təhsil almaq üçün qapılarını açdıqlarını bəyan edirlər. Guya Azərbaycanda hicablı qızlar təhsildən məhrum edilir, İran isə onları qəbul etməyə, oxutmağa, gələcəklərini qurmağa hazırdır. Özlərini elə aparırlar ki, sanki İranda bütün qadınlar ağ günə çıxıb, bütün qızla

11:34 161
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 108
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 386
.