Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribAzərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib.
İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artisti Fidan Hacıyevanın buradakı gənclərlə görüşü təşkil edilib. Musiqi və rəqs bacarıqlarının inkişaf etdirildiyi bu bölmədə çoxsaylı istedadlı gənclər yetişir. Xüsusilə Xəlilova Rəsmiyyə və Əliyeva Küşvər kimi gənclər öz istedadları ilə seçilirlər. Musiqi terapiyası onların səhnəyə, həyata və cəmiyyətə açılan qapısıdır. Hər iki gənc sonradan Fidan Hacıyevanın Naxçıvan şəhəri Heydər Əliyev sarayındakı konsertində xalq artisti ilə birgə çıxış etmək üçün seçiliblər.
Növbəti gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə dünya opera səhnələrində parlaq ifaları ilə tanınan, görkəmli opera müğənnisi, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ilə yaradıcılıq görüşü və ustad dərsi keçirilib.
Əvvəlcə Naxçıvan Bəstəkarlar Təşkilatında baş tutan görüşdə təşkilatın sədri, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, ictimai xadim, bəstəkar, pedaqoq Nazim Quliyev Fidan Hacıyevanın zəngin yaradıcılıq yolu, milli və dünya opera sənətinə verdiyi töhfələr haqqında məlumat verib. Sonra Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva kollecin vokal ixtisası üzrə təhsil alan tələbələrinin tədris prosesi, akademik göstəriciləri və yaradıcılıq potensialı barədə qısa məlumat verərək ustad dərsinə start verib.
Tələbələrin böyük marağına səbəb olan ustad dərsində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə təhsil alan tələbələri Kamil Hüseynli, Çetin Kadir, Aylin Rüstəmova, Hüseyn İmamverdiyev, Abbas Rzayev, Emil Şirzadov eləcə də Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Məmmədovun ifaları dinlənilib. İfa proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri, romanslar və opera ariyaları səsləndirilib.
Xalq artısti Fidan Hacıyeva hər bir tələbənin ifasını diqqətlə dinləyərək onların səs imkanları, ifa üslubu və musiqi duyumu ilə bağlı fərdi tövsiyələr verib. İtalyan mətnlərində söz vurğularının düzgün tətbiqi, notlara dəqiq və sabit yanaşma, səs diapazonunun imkanlarının nəzərə alınması, diafraqmatik nəfəsdən düzgün istifadə, rezonatorların imkanlarından səmərəli yararlanma, səsin yumşaqlığı və təbii tembrin qorunması kimi mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Fidan Hacıyeva tələbələrin səs tembrində və ifa xüsusiyyətlərində Üzeyir Hacıbəylinin "Koroğlu" operasının ayrı-ayrı obrazları üçün perspektivli imkanlar gördüyünü vurğulayıb. Eyni zamanda, dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyasının musiqi nömrələrinin tələbələrimiz tərəfindən öyrənilməsi, gələcəkdə Fidan Hacıyevanın yaratdığı vokal məktəbinin yetirmələri ilə kollecin tələbələrinin birgə yaradıcılıq layihəsi həyata keçirməsi təklif olunub.
Fidan Hacıyeva ustad dərsdə iştirak edən tələbələrə öz adından Beynəlxalq sertifikatlar təqdim edib. Bu, gənc musiqiçilər üçün həm dəyərli bir xatirə, həm də gələcək yaradıcılıq fəaliyyətlərinə stimul verən əlamətdar hadisə olub. Görüşün sonunda sənətkar xoş musiqi anları yaşadaraq Naxçıvan Bəstəkarlar Təşkilatının sədri, Nazim Quliyevin "Dağlar küsüb" romansını böyük zövq və həssaslıqla ifa edib. Romansın Fidan Hacıyevanın ifasında səslənməsi tədbirə xüsusi bədii ovqat qatıb.
Hörmət və ehtiram əlaməti olaraq bəstəkar Nazim Quliyev özünün müəllifi olduğu "Mahnılar, ariyalar və romanslar" kitabını Fidan Hacıyevaya hədiyyə edib. Bu səmimi sənət mübadiləsi bəstəkarla ifaçı arasında yaradıcılıq bağlarının, musiqiyə və milli sənət dəyərlərinə olan qarşılıqlı ehtiramın gözəl ifadəsinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Nazim Quliyev, Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayev və Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva adından Fidan xanım Hacıyevaya tələbələrimizə göstərdiyi diqqətə, səmimi münasibətə və gələcəyə yönəlmiş dəyərli təşəbbüslərinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda Naxçıvan Heydər Əliyev Sarayında "Şərqin qapısında" III Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, görkəmli opera müğənnisi Fidan Hacıyevanın iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Yüksək sənət zövqü, zəngin repertuarı və peşəkar ifaçılıq ənənələri ilə seçilən konsertdə Azərbaycan bəstəkarlarının ölməz əsərləri ilə yanaşı, dünya opera sənətinin məşhur nümunələri də səsləndirilib. Proqramda Naxçıvan Dövlət Filarmoniyasının solistləri, musiqi kollektivləri və gənc ifaçılar iştirak edərək konsert proqramının əsas qonağı olan Xalq artisti Fidan Hacıyevanın iştirakı tədbirə xüsusi rəng qatıb.
Konsert Üzeyir Hacıbəylinin məşhur "Sevgili canan" əsəri ilə başlayıb. Əsəri Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri müşayiət edib. Tamaşaçılar xalq artistinin ifasında səslənən klassik və müasir mahnıları alqışlarla qarşılayıblar. Konsert proqramı Müslüm Maqomayevin "Azərbaycan" əsərinin bütün solistlərin və xor kollektivinin birgə ifasında təqdim olunması ilə yekunlaşıb. Vətənə məhəbbət, milli qürur və Azərbaycan musiqisinin qüdrətini özündə birləşdirən əsərin kollektiv ifası proqramın ideya-bədii məzmununu tamamlayıb. Konsertin sonunda Xalq artisti Fidan Hacıyeva tədbirdə iştirak edən bütün solistlərə göstərdikləri peşəkar ifaçılığa və sənət töhfələrinə görə öz adından beynəlxalq sertifikatlar təqdim edib.
Qədim Naxçıvanda III Beynəlxalq Opera Festivalı çərçivəsində təşkil olunan bu konsert burada musiqi mədəniyyətinin inkişafına, opera sənətinin təbliğinə, milli bəstəkar irsinin qorunmasına və gənc nəslin klassik musiqiyə marağının artırılmasına xidmət edən əlamətdar mədəniyyət hadisəsi kimi diqqət çəkib. Naxçıvanın zəngin musiqi ənənələrini beynəlxalq sənət mühiti ilə birləşdirən belə tədbirlər bölgənin mədəni həyatının canlanmasına, peşəkar ifaçılıq məktəbinin inkişafına və Azərbaycan musiqisinin təbliğinə mühüm töhfə verir.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri veribXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 369
.

Azərbaycanın interkulturalizm modeli

Prezident İlham Əliyevin Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq: Bölünmüş dünyada körpülərin qurulması" devizi ilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu nitqi Azərbaycanın qlobal dialoq mərkəzi kimi statusunu təsdiqləməklə yanaşı, mill

10:33 163
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 449
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

10:26 190
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 438
.

Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum

"Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib". Bunu BİG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusund

10:43 163
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 458
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 108
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27.10.2026 526
.