Azərbaycanın interkulturalizm modeli
Prezident İlham Əliyevin Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq: Bölünmüş dünyada körpülərin qurulması" devizi ilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu nitqi Azərbaycanın qlobal dialoq mərkəzi kimi statusunu təsdiqləməklə yanaşı, milli dövlətçilik təfəkkürümüzün mənəvi təməli olan Azərbaycançılıq ideologiyasının tarixi və müasir fəlsəfəsini bir daha sistemli şəkildə ortaya qoydu.
Azərbaycanın qlobal sülh və mədəniyyətlərarası həmrəylik təşəbbüslərinin ("Bakı Prosesi") arxasında əsrlər boyu formalaşmış dövlətçilik ənənəsi, etno-mədəni harmoniyanı qoruyub saxlamaq bacarığı və tarixi varislik prinsipi dayanır. Prezident İlham Əliyevin dövləti idarəetmə strategiyasında Azərbaycançılıq yalnız müəyyən bir etnosun milli-mədəni özünütəsdiq konsepsiyası deyil, bu torpaqda yaşayan bütün xalqların, etnik qrupların və konfessiyaların ortaq dəyəri, birləşdirici bayrağıdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycançılıq məfkurəsi müasir dövrdə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə - Zəfər Doktrinası və Qlobal İnteqrasiya Modeli səviyyəsinə qaldırılmışdır. VII Ümumdünya Forumunun tribunasından verilən mesajların ən mühüm mahiyyəti ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində və lokal anti-terror tədbirlərində qazanılan tarixi Zəfər Azərbaycançılıq ideologiyasının praktiki qələbəsi idi. Ölkəmizdə yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid Vətən uğrunda, eyni səngərdə çiyin-çiyinə vuruşaraq bu ideologiyanın sarsılmazlığını nümayiş etdirdilər.
Prezident İlham Əliyev nitqində Azərbaycanın daxili sabitlik və harmoniyanı necə qoruduğunu dünyaya nümunə kimi göstərmişdir. Ölkə daxilində bərqərar olan bu "multikultural ailə" modeli xarici siyasətdə "Bakı Prosesi" vasitəsilə bəşəriyyətin üzləşdiyi ksenofobiya, islamofobiya və irqçilik böhranlarına qarşı ən effektiv alternativ kimi çıxış edir. Azərbaycanın müasir multikulturalizm və tolerantlıq modeli təsadüfi siyasi konyuktura deyil, minilliklərlə ölçülən tarixi genetik yaddaşın nəticəsidir.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqi Azərbaycanın keçdiyi bu şanlı və keşməkeşli tarixi yolun məntiqi yekunudur. Xanlıqlar dövrünün pərakəndəliyi göstərdi ki, milli birlik və vahid ideologiya olmadan dövlətin müstəqilliyini qorumaq imkansızdır. Məhz bu acı dərsdən nəticə çıkaran müasir Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sarsılmaz şəkildə birləşmişdir.
Müasir Azərbaycan dövləti Albaniyanın multikultural genetik kodlarını, Şirvanşahların şəhərsalma mədəniyyətini, Ağqoyunlu diplomatiyasını, Səfəvilərin mərkəzləşdirilmiş dövlətçilik təfəkkürünü və Əfşarların hərbi cəsarətini özündə sintez edərək regional liderə çevrilmişdir.
Bu gün Bakıdan dünyaya yayılan "Ortaq gələcək naminə dialoq" çağırışı minillik dövlətçilik irsimizin, zəngin ethno-mədəni mozaikamızın və sarsılmaz Azərbaycançılıq ideologiyamızın bəşəriyyətə sunduğu ən böyük töhfədir.
Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 141 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 372 Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır
İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd
27.10.2026 312 Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir
Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj
10:25 136 İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol
10:31 133 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 323 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 79 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27.10.2026 526 Pişiklər maşında niyə dayanmadan miyoldayır?
Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə
27.10.2026 366 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 42