"Bayrağımızın Xankəndidə yüksəldilməsi cənab prezident tərəfindən qızıl hərflərlə yazılmış qələbə günüdür" - DEPUTAT

"Bayrağımızın Xankəndidə yüksəldilməsi cənab prezident tərəfindən qızıl hərflərlə yazılmış qələbə günüdür" - DEPUTAT"Dünən Azərbaycan xalqı iki yüz illik tarixində ən möhtəşəm günlərdən birini yaşadı. Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixə qızıl hərflərlə yazılmış Azərbaycan xalqının, ordusunun, Ali Baş Komandanın zəfər günü idi. Biz Azərbaycan xalqının illər uzunu qəlbində gəzdirdiyi möhkəm dövlət və dövlət-xalq birliyinin nümayişini gördük. Bizə əsrlər boyu düşmənçilik siyasəti yürüdən radikal düşüncəli, özlərindən uydurduqları tarixlə beyinlərini korlamış ermənilərin təbii ki sadə xalqı ayırmaqla Azərbaycan xalqına törətdiyi bütün vəhşiliklərə, haqsızlıqlara müəyyən qüvvələrin əlində alət olaraq öz xalqlarına gətirdikləri bədbəxtçiliklərə baxmayaraq, Azərbaycan xalqı öz Ali Baş Komandanın timsalında həm ali cənablığını və həm də qələbə əzmini göstərdi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, bu möhtəşəm gündə cənab prezident Azərbaycan xalqının böyüklüyünü və şucaətini, şəhidlərinin qəhrəmanlığını, bizim qazandığımız qələbəni qeyd etməklə yanaşı, həm də bundan öncə Qarabağda yaşayan ermənilər ilə birgə yaşanılan günləri xatırladıb:

" Bu günlərdə ermənilərin Azərbaycan xalqının multikultural dəyərlərindən, tolerant yanaşmasından istifadə edərək necə normak həyat sürdüklərini vurğuladı. Bu özü böyük bir mesaj idi ki, Azərbaycan xalqı dilindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan qanunlarına riayət edən istənilən Azərbaycan vətəndaşı üçün hər cür şəraiti yaratmağa hazırdır. Bu ulu öndər Heydər Əliyevin istər sovet hakimiyyəti və sonrakı dövrdə yaratdığı möhkəm bünövrəli dövlətin əslində birgə yaşayış modelinin nümayişi idi. Eyni zamanda , Ali Baş Komandanın ali cənablığının ifadəsi idi. Bugün təbii ki qanunlara tabe olmayan və regionun stabilliyi pozan, insanlara qarşı nifrət toxumu səpən və özlərini qondarma rejimin rəhbərləri adlandıran şəxsləri bir daha xatırlatmaqla, onların sərsəm ideyalarının puç olmaları bizim dövlətin gücünü və prinsipiallığını göstərir. Burada çox mühüm mesajlardan biri ermənilərdən istifadə edərək at oynatmaq istəyən qüvvələr uzun illər boyu kin, nifrət toxumuna səbəb olan dövlətlərə, bunun içərisində Avropa dövlətləri və bəzi qüvvələri davamli şəkildə regionda stabilliyin olmasına maraqlı deyillər. Hər birinə verilmiş mesajlar var idi. Xüsusən bu bəyanatlar ən önəmli yer Fransada pozucu qüvvələrə ünvanlandı".

Müşfiq Məmmədlinin sözlərinə görə, Xankəndinin mərkəzi meydanında yaratdıqları qondarma qurumun binasında Azərbaycan gerbinin vurulması bütün dünyaya bir nümayiş idi ki, Azərbaycan ərazisi bölünməzdir və bütövdür: "Azərbaycan bunun üçün bütün fədakarlıqlara hazırdır. Bundan sonra Azərbaycan əsrlərlə nəhayətə qədər öz ərazi bütövlüyünə olan qəsdlərin qarşısını almışdır və alacaqdır. Kimsə boş xülyalara qapılmasın. İkinci məsələ isə Azərbaycan Ordusu, xalqı, dövləti və Ali Baş Komandanı vahid ideya ətrafında birləşmişdir. Vahid ideya ətrafında birləşən bu xalqa heç kimin gücü çata bilməz. Kimlər Azərbaycanın qanunlarına tabe olan digər etnik qruplar, müxtəlif dinlərə mənsub olan milli azlıqlar hər biri Azərbaycan xalqının tərkib hissəsidir. Onlar Azərbaycan dövlətinin təhlükəsizliyi ilə rahat yaşaya bilərlər. Digər tərəfdən, biz öz daxili işlərimizə kimsələrinsə müdaxilə etməyinə imkan verməmişik. Bizə qarşı yönəldilmiş qızışdırıcılıq mövqeyi tutan dövlətlər bir daha düşünməlidirlər. Erməni kartından alət kimi istifadə etməyə son qoymalıdırlar".

Son olaraq deputat qeyd edib ki, Azərbaycan bayrağının Xankəndidə yüksəldilməsi Azərbaycan tarixində cənab prezident tərəfindən qızıl hərflərlə yazılmış qələbə günüdür: "Bu gün tarixlərdən heç bir zaman silinməyəcək. Azərbaycan xalqı bizlərə bu günü yaşadan Ali Baş Komandana və Silahlı Qüvvələrinə, bu yolda can vermiş bütün şəhidlərimizə öz minnətdarlığını əsrlər boyu bildirəcəkdir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 301
.

İngiltərənin məşhur klublarının biabırçı MƏĞLUBİYYƏTLƏRİ

"Mançester Yunayted", "Liverpul", "Çelsi" və digər komandaların aşağı divizion klubları ilə oyunlardan necə şokla ayrıldıqlarını xatırladırıq. Londonun "Arsenal" komandası bu mövsümün İngiltərədə ən böyük qalmaqallarından birinə səbəb olub. Premyer Liqanın hazırk

29.10.2026 217
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir

29.10.2026 248
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29.10.2026 336
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29.10.2026 142
.

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını

29.10.2026 414
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

29.10.2026 267
.

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide

29.10.2026 244
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29.10.2026 201
.