14 yaşlı azərbaycanlının qətlində təqsirləndirilənlər günahlarını etiraf ediblər - FOTO
Gürcüstanda oktyabrın 5-də 27 yaşlı Alim Sadıqov tərəfindən evlənmək məqsədilə qaçırılan 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli işi üzrə istintaq davam edir.
BiG.AZ "media.az"a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kişi Aytacı növbəti dəfə onun evindən qaçmağa cəhd edərkən öldürüb. Araşdırma zamanı məlum olub ki, Alim qızı valideynləri ilə razılaşaraq qaçırıb. A.Sadıqov azyaşlıya tapançadan 3 dəfə atəş açaraq qətlə yetirib, bundan sonra o, hadisə yerindən qaçıb. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu üç günlük axtarışdan sonra saxlayıblar.
İndi isə işdə iştirak edən daha iki şəxs, təqsirləndirilən Alim Sadıqovun həbsdə olan şərikləri - onun əmisi (1972-ci il təvəllüdlü) və əmisi oğlu (1997-ci il təvəllüdlü) Telavi məhkəməsində ifadə veriblər. Onlar cinayəti gizlətməkdə ittiham olunublar ki, bu əmələ görə ölkə qanunvericiliyində 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən şəxslər məhkəmədə günahlarını etiraf ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze Dmanisi rayonunun Məmişli kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın anası Yeqyanə Məhərrəmovanın həbsi barədə qərar çıxarıb. Azyaşlının anası və əmisi zorla ərə vermək və cinayət barədə xəbər verməmək ittihamı ilə həbs edilib.
Kvemo Kartli rayon prokuroru Xatia Qoqriçiani bildirib ki, Aytac Şahmarovanın məcburi nikahının təşkilatçısı qızının qətlində birbaşa məsuliyyət daşıyan anasıdır.
Prosesdə azyaşlını qətlə yetirən Alim Sadıqov silahın pnevmatik olduğunu iddia edərək, "arvadının" azyaşlı olmasından xəbəri olmadığını da bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı araşdırmaya görə, Aytac Şahmarova 2023-cü ilin yayında Alim Sadıqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə oğurlanaraq Saqareco rayonunun Ləmbəli kəndinə aparılıb və orada qanunsuz olaraq azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən qaça bilib və oğurlandığını bildirərək tanımadığı şəxsin telefonundan istifadə edərək anası ilə əlaqə saxlayıb. Lakin ana və əmi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, Aytacı qaçıranla yaşamağa məcbur ediblər.
Gürcüstanın Təhsil Nazirliyi qızın oxuduğu məktəbdə daxili araşdırmalara başlayıb.
Qətl faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ailə üzvünü öldürmə), 143-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz həbs etmə), 150-ci (nikaha məcbur etmə), 236-cı (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 842 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLe Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır
Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind
29.10.2026 245 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
29.10.2026 267 Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj
BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri
29.10.2026 237 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
29.10.2026 244 Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29.10.2026 171 Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-
29.10.2026 312 Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb
29.10.2026 208 Ceyhun Bayramovdan nəzakətli addım - Video
Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri
29.10.2026 121 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb
29.10.2026 205