Hərbçilərin pensiya yaşının artırılmasının səbəbi nə ilə bağlıdır? - AÇIQLAMA

Hərbçilərin pensiya yaşının artırılmasının səbəbi nə ilə bağlıdır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, hərbi qulluqçularının pensiya təminatı ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildiib ki, Parlamentdə hərbi qulluqçuların 20 il xidmətinin 25 ilə qaldırılması üzərində müzakirələr gedir.

"Əslində məsələnin kökü nədir? Əvvəlcə Silahlı Qüvvələrdə zabitlər, gizirlər 20 il xidmət başa vurduqda pensiya ilə təminat hüququ alırdılar. İndiki mərhələdə hərbi xidmət keçmək haqqında qanunda dəyişiklik edilsə, Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında" qanuna əlavələr və dəyişikliklər olunmalıdır. Bununla da, hərbi xidmət dönəmi 25 ilə qaldırıldıqdan sonra pensiya almaq hüququna malik olacaqlar. Bu o deməkdir ki, indiki qanunvericiliyə qədər olan müddətdə hərbiçilər- xüsusilə zabit və gizirlər, generallar 20 il xidmət edib, ehtiyata çıxıb pensiya təminatı ala bilirlərsə, indi bu 25 ilə doldurmalıdırlar. Yəni 20 il öncə öz arzusu ilə, yaş yaxud sağlamlıq problemləri ilə bağlı zabitlər və gizirlər tərxis olunurdular. Təbii ki, indiki məqamda belə bir sual yaranır: bunun səbəbləri nədən ibarət ola bilər ki, qanunvericiliyin indiki mərhələdə bu dəyişikliyin edilməsi zərurəti yarandı".

Ekspert qeyd edib ki, bu qərar Müdafiə Nazirliyinin strukturlarındaki ehtiyaca hesablanmış bir təkliflər üzərindən ola bilər:

"Qanunvericiliyə təkliflər adətən qurumlar tərəfindən götürülür. Qurumlarda təklifləri qiymətləndirərək qanunvericilikdə dəyişikliklər həyata keçirirlər. Müdafiə Nazirliyinin strukturlarında Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik etmək ehtiyacının yaranma səbəblərini nazirlik əsaslandırmalıdır. Əslində bunun indiki mərhələdə ehtiyac görülməsi səbəbini düşünürəm ki, kadr potensialının bir müddət ən azından xüsusən 20 il xidmət keçmiş kateqoriyaların çoxu 44 günlük müharibədə iştirak etmiş, döyüş və müharibə təcrübəsi olan kadr heyətləridir. Onların təcrübəsindən yararlanmaq və sonrakı mərhələdə arxadan gələn kadr potensialını Silahlı Qüvvələrdə xidmət dövrünün uzadılmasına nail olmaqdan ibarətdir".

Elxan Şıxəliyevin sözlərinə görə, bu sırf kadr potensialının ehtiyacları üzərində hesablanmış və artırılmış addımlar olacaq:

"Bu mərhələdə bir çox məsələlər müzakirələrə səbəb olacaq. Çünki, bu qanunun hansı kateqoriyaya aid olması üzərindən, qanunun qüvvəyə minməsindən sonrakı mərhələdə hərbi xidmətdə olan zabit-gizirlərəmi aid olacaq yoxsa ümumiyyətlə hərbi xidmətə daxil olan zabit-gizirlərin 20 ilini doldurub, bu mərhələni keçənlərə aid olunmaması məsələsi müzakirə olunacaq. Müzakirələr onu göstərir ki, bu qanunun qüvvəyə minməsi ehtimalı daha çoxdur. Sonrakı mərhələdə 20 il xidmət əvəzinə kadr potensialı 25 il xidmət dövründən sonrakı əmək pensiyalarının haqq qazanmaları göz özünə alınacaq".

Sonda ekspert vurğulayıb ki, xüsusən hərbi xidmətə başlamadan öncə, hərbi təhsil müəssisələrinə daxil olmaq, ondan sonrakı mərhələdə isə bu xidməti nəzərə almalıdırlar.

"İndi müsbət və mənfi nəticələri Silahlı Qüvvələr üçündə ola bilərsə, önümüzdəki mərhələdə Silahlı Qüvvələrin kadr potensialının qorunması, saxlanması, dəyişdirilməsi üzərində praktiki nəticələrdən sonra müzakirə etmək mümkün olacaq. Çünki bu mərhələ keçirilməlidir ki, təsirləri qiymətləndirilə bilsin".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1984   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 453
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 554
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

"Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik". Bunu BİG.AZ-a açıqlamasında politoloq Mətin Hüseynov bildirib. "Beynəlxalq hüququn aliliyini

11:10 163
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 248
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

12:56 196
.

Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum

"Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib". Bunu BİG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusund

10:43 245
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 196
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 231
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 192
.