Elm dünyasını sarsıdan iddia: Piramidaların altında nə var?

Elm dünyasını sarsıdan iddia: Piramidaların altında nə var?Qədim Misir sivilizasiyasının simvolu olan Giza piramidalarımın altındakı sirli strukturlar elm dünyasında böyük marağa səbəb olub. Yeni radar tədqiqatları, yüzlərlə metr dərinlikdə yerləşən və indiyədək məlum olmayan nəhəng bir yeraltı kompleksin mövcudluğuna işarə edir.

Qaynarinfo xəbər verir ki, Gizada aparılan araşdırmalarda, səthdən təxminən 600 metr dərinlikdə uzanan geniş yeraltı şəbəkənin varlığına dair sübutlar ortaya çıxıb. İtaliyalı alimlərdən ibarət bir qrup Gizadakı üç əsas piramidanı birləşdirən bir yeraltı şəhər sisteminin izlərini tapdıqlarını açıqlayıb.

Araşdırmalar əsasən daha öncə də diqqət çəkmiş Kefren və Menkaure piramidalarının altındakı strukturlara yönəlib. İtalyan komandası mart ayında Kefrenin altında sütunlara bənzər quruluşların kəşf edildiyini və bunların yalnız başlanğıc olduğunu bildirib. Eyni xüsusiyyətlərin Menkaure piramidanın altında da olduğunu iddia ediblər.

Stratçide Universitetindən radar mütəxəssisi Filippo Biondi "Daily Mail"ə verdiyi açıqlamada, iki piramidanın altındakı strukturlar arasında əlaqənin demək olar ki, qəti olduğunu bildirib. Onun sözlərinə görə, radar nəticələri Menkaurenin altında da oxşar sütunlu quruluşların olduğunu göstərir və bu, Giza piramidaların yalnız daha böyük və təşkilatlanmış yeraltı kompleksin səthdəki hissəsi olduğunu göstərir.

Biondi əlavə edib ki, bu strukturlar yeraltında tunellərlə bir-birinə bağlanan böyük tikililərdən ibarət ola bilər. Tomoqrafiya və radar təhlilləri bu strukturların ölçülərinin əvvəlki təsəvvürlərdən daha böyük olduğunu və indiyədək görünməmiş bir memarlıq planı ehtiva etdiyini ortaya qoyub.

Tədqiqat qrupu bu strukturların hava, su, od və torpaq kimi təbii elementlərlə bağlı funksional və ya ayin məqsədli məkanlar ola biləcəyini düşünür.

İtalyan tədqiqatçılar bu strukturların, təxminən 12 min 800 il əvvəl Yerə çırpılan bir komet nəticəsində məhv olmuş qabaqcıl bir tarixdən öncəki sivilizasiyanın izləri ola biləcəyini iddia edirlər. Kaliforniya Universitetindən geoloq Ceyms Kennett də bu nəzəriyyəyə dəstək verir və eyni dövrdə Şimali Amerikadakı Klovis mədəniyyətinin qəfil yox olduğunu xatırladır.

Kennett qeyd edir ki, həmin dövrdə baş verən böyük əhali itkisi bir neçə əsr davam edib və sonradan fərqli bir mədəniyyət kimi yenidən ortaya çıxıblar. Onun fikrincə, Misirdə də bənzər bir hadisənin baş vermiş olub-olmadığını söyləmək çətindir, lakin Suriyadakı Əbu Hureyra bölgəsində aşkar edilən çarpma izləri inandırıcıdır.

Qədim sivilizasiyalar üzrə tədqiqatçı Endryu Kollins Gizanın təxminən 1280 km cənubundakı Edfu məbədində yer alan hiyeroqliflərin çox qədim bir tufan fəlakətindən bəhs etdiyini bildirir. Əfsanəyə görə, bu tufan "Ən yaşlılar" adlı sivilizasiyanı məhv etmişdi. Yazılarda bu sivilizasiyanın qaranlığa qərq olduğu və "düşmən ilan" adlı simvolik bir güc tərəfindən udulduğu qeyd olunur.

Kollins bu "ilan" obrazının komet metaforu ola biləcəyini və bu hadisənin yeraltı strukturlarla birbaşa əlaqəli olduğunu düşünür. Onun fikrincə, bu strukturlar "Ruhun yeraltı dünyası" adlanan müqəddəs əşyaların qorunduğu məkanla üst-üstə düşür və efsanəvi "Yaradıcılış adası"nın bir hissəsi ola bilər.

Kollins eyni zamanda, tarixin bəzi inkişaf etmiş qədim mədəniyyətləri nəzərə almadığını vurğulayır. Rusiyadakı Sungir və Kostenki bölgələrində yaşamış Qravettian xalqları 30 min il əvvəl ayın hərəkətlərinə əsaslanan memarlıq quruluşları inşa etmiş, xüsusi tikilmiş geyimlər geymiş və əkinçiliklə məşğul olmuşdular.

"Onlar orta əsr insanları kimi görünür və davranırdılar. Bu da göstərir ki, insanlıq tarixi düşündüyümüzdən daha qədim və inkişaf etmiş ola bilər", deyə o bildirib.

Bütün bu iddialar elmi dairələrdə ciddi tənqidə səbəb olub. Misirin tanınmış arxeoloqlarından Dr. Zahi Havass bu tapıntıları "elmdən kənar" hesab edir. O bildirib ki, yerin bu qədər dərinliyinə nüfuz edə biləcək radar texnologiyası hələ mövcud deyil və bu tədqiqatlar yalnız fərziyyələrə əsaslanır.

Bununla belə, tədqiqatçılar geri çəkilmir. İddialara görə, Kefren piramidası altındakı strukturlar spiral şəkildə düzülmüş və səkkiz əsas sütunu əhatə edən təqribən 600 metrdən uzun yeraltı tunellərdən ibarətdir. Eyni xüsusiyyətlərin Menkaure piramidasının altında da olduğu bildirilir. Menkaurenin daha kiçik olması səbəbindən sütunların sayı az olsa da, strukturların funksional olaraq oxşar olduğu vurğulanır.

Bu yeraltı şəhərin mövcudluğu hələ rəsmi elmi jurnallarda təsdiqlənməyib və arxeologiya aləmində böyük müzakirələrə səbəb olub. Lakin bir şey aydındır: Giza piramidalarının sirləri hələ tam açılmayıb. Əgər bu iddialar təsdiqlənsə, insanlıq tarixinə dair bildiklərimiz kökündən dəyişə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11.10.2026 168
.

Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir

11.10.2026 161
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11.10.2026 144
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

11.10.2026 256
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy

11.10.2026 205
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar

11.10.2026 137
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11.10.2026 162
.

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"

11.10.2026 176
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

11.10.2026 171
.