Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNGAzərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted"in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra insident yaşanıb.

Çində "Çjetsyan" ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.

R.Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

Sportinfo.az-ın məlumatına görə, millimizin üzvünə ilk dəstək verənlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olub.

Təcrübəli mütəxəssis hadisədən xəbərdaq olduğu ilk andaca sabiq yetirməsi ilə əlaqə saxlayıb.

O, R.Şeydayevə "Səninlə fəxr edirəm. Hər zaman gördüyümüz mərd Ramili gördük" deyərək dəstək göstərib.
Həm də bundan sonra daha səbrli olmağa çağırıb.

Legioner futbolçumuz isə özünü yaxşı hiss etdiyini bildirib və dəstəyi üçün Q.Qurbanova təşəkkür edib.

R.Şeydayev 2017/18 mövsümü və 2021-23 illəri aralığında Q.Qurbanovun rəhbərliyi altında "Qarabağ"da çıxış edib.

Q.Qurbanov bir neçə dəfə R.Şeydayevə olan xüsusi rəğbətini dilə gətirib.

O, hətta Ramilin sonuncu dəfə "Qarabağ"dan ayrılmasına kövrələrək reaksiya vermişdi.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1419   Tarix: 03 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ

CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib. xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb. Ölümün səbəbləri barədə məlumat verilmir. Adams 2025-ci ildən "Mamelodi Sandauns" klubunda oynayırdı v

12.07.2026 469
.

CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub

Cənubi Afrika Respublikası (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb. O, yerli qurumun gələ

02.08.2026 172
.

Daha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb

45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliye

01.08.2026 179
.

Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib

Belçikalı FIFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib. 2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimli

01.08.2026 199
.

Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev

25.07.2026 223
.

UEFA Avropa Liqası: "Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. "Report"un məlumatına görə, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Ciovanni Baççin

18.07.2026 456
.

"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib

İspaniyanın "Real" klubu və braziliyalı hücumçu Vinisius Junior müqavilə müddətinin uzadılması barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb. Müqavilənin imzalanması üçün rəsmi görüşün iyulun sonunda baş tutacağı bildirilib. Vinisiu

12.07.2026 509
.

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər

31.07.2026 216
.

WP: ABŞ Ədliyyə Nazirliyi keçmiş olimpiyaçıya qarşı cinayət işinə xitam verilməsini tələb edib

ABŞ Ədliyyə Nazirliyi əvvəllər Vaşinqtondakı Linkoln memorialının yanındakı hovuzu zədələməkdə təqsirləndirilən keçmiş olimpiyaçı Devid Hernə qarşı cinayət işinə xitam verilməsini istəyib. "Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən "The Washingto

02.08.2026 167
.

TOP MP3