"Təhsildə STEAM dərslərinin inkişafı üçün edilən dəyişikliklər və əlavələr birmənalı olaraq alqışlanmalıdır" - EKSPERT

"Təhsildə STEAM dərslərinin inkişafı üçün edilən dəyişikliklər və əlavələr birmənalı olaraq alqışlanmalıdır" - EKSPERT"Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. Layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. Elm və Təhsil Nazirliyinə istinadən demək mümkündür ki, 2023-2024-ci tədris ilində etibarən Respublika üzrə STEAM layihəsi 400 məktəbdə tətbiq olunur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 25 STEAM Mərkəzinin istifadəyə verilib. STEAM dərsləri "3D çap", "Microbitlə proqramlaşdırma", "Elektrik mühəndisliyi", "Biotexnologiya", "Nanotexnologiya", "Robototexnika", "Gen mühəndisliyi", "CNC lazer kəsiciləri", "Pilotsuz uçuş aparatları (tədris dronları)" üçün hazırlanmış kurikulum üzrə təşkil olunur".

Bu sözləri BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib. O bildirib ki, STEAM təhsil forması Azərbaycanda 2012-2013-cü illərdə özəl kurs və məkəblərdə başlayıb:

.

"STEAM bir qısaltma olaraq, özündə çox ciddi sahələri əhatə edir. Bu sahələrin müasir dövrün təlabatları ilə ayaqlaşmaq üçün, çox ciddi əhəmiyyəti var. STEAM (Science, Technology, Engineering, Arts and Mathematics)-(Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatı) sözlərini ifadə edir. Göstərilən bu sahələri kifayət qədər samballı, təlabata uyğun sahələr hesab etmək olar. İnsanlıq tarix boyu özünü bu sahədə inkişaf etdirərək, irəli getməyə çalışmışdır. Bu sahələrdə inkişaf edən xalqlar hər zaman inkişafda olmuşdur. STEAM təhsili bu sahələri bir-biriylə əlaqəli formada, vahid yanaşma ilə tədris etməyi nəzərdə tutur. Artıq bizə dərs kitablarında olan bəzi mövzuları əzbərləməyə ehtiyac yoxdur. Mövzunu anlamaq və tətbiqini real həyatda ortaya qoymaq lazımdır. İstənilən məlumatı bu gün açıq mənbələrdə rahat formada taparaq, öyrənmək və xatırlamaq müşkül məsələ deyil və çox asandır. Artıq biz şagirdlərın qabiliyyətlərinin inkişafına təkan verməliyik".

Ekspertin sözlərinə görə, şagirdlərdə tənqidi düşünmə, təhlil etmək, problemləri həll etmək kimi qabiliyyətlər formalaşmalıdır:

"Şagirdlərin məsələlərə kreativ yanaşmaları üçün, istiqamət verilməsinə ehtiyac vardır. Bu bizi əzbərçilikdən qurtarıb innovativ, müasir fərdlərə çevirə bilər. STEAM təhsil forması, Educate to Innovate(İnnovasiya üçün təhsil) kompaniyasi ilə 2009-cü ildə ABŞ-da təməli qoyulmuşdur. Ənənəvi təhsildən müsbət mənada ciddi fərqlənən bu təhsil formasında fənlər arasındakı əlaqələrə ciddi əhəmiyyət verilir. Ənənəvi təhsildə öyrənilən məzmunun necə və harada tətbiq ediləcəyi ilə bağlı suallar yaranır. STEAM təhsildə riyaziyyatın mühəndislikdə, elmin texnologiyada necə istifadə olunacağı öyrənilir".

Son olaraq Bəhruz Əliyev qeyd edib ki, STEAM təhsildə şagirdlər komanda olaraq, layihə və digər formasında işlər həyata keçirə bilir və ənənəvi təhsildən fərqli olaraq, passiv qəbuledici yox, aktiv iştirakçı olma imkanını əldə edir:

" STEAM təhsildə əsas fokuslanan məsələ bacarıqların inkişafıdır. Hal-hazırda Elm və Təhsil nazirliyinin bu məsələyə göstərdiyi yüksək diqqət alqışa layiqdir. 4-8 Dekabr SAF (STEAM Azerbaijan Festival) 2023 festivalı dövlətin bu məsələyə diqqətinin bariz nümunəsidir. Təhsildə STEAM dərslərinin inkişafı üçün edilən dəyişikliklər və əlavələr birmənalı olaraq alqışlanmalıdır".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1555   Tarix: 04 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail müdafiə naziri: Tehran "yanacaq"

Əgər İranın ali lideri Əli Xamenei İsrailə raket hücumlarını davam etdirməyi əmr etsə, Tehran "yanacaq". "Report"un TASS-a istinadən məlumatına görə, bu bəyanatla İsrail müdafiə naziri İsrael Katz müşavirədə çıxış edib. "Əgər Xamenei İsrail arxasını raketlərlə vurmağa davam etsə

14.06.2025 172
.

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, raket buraxılışı Tehrandan həyata keçirilib

01:01 63
.

Hikmət Hacıyev: "Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz

14.06.2025 103
.

SEPAH-ın Aerokosmik Qüvvələrinə yeni komandan təyin edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə yeni komandan təyin edilib. "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei müvafiq fərman verib. Bildirilir ki, bu vəzifəyə SEPAH-ın briqada generalı Seyid Məcid Musəvi gətirilib

14.06.2025 123
.

Türkiyədə külli miqdarda çətənə kolu və marixuana aşkarlandı

Türkiyənin Diyarbəkir vilayətində 12 milyon 389 min ədəd çətənə kolu və marixuana aşkarlanıb. xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, jandarmeriyanın həyəta keçirdiyi əməliyyat nəticəsində aşkarlanmış çətənə v

14.06.2025 110
.

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. "Report" xatırladır ki, 32 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtulu

00:03 92
.

Ərdoğan Trampla telefon danışığı zamanı İsrail-İran münaqişəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İsrail-İran münaqişəsini müzakirə edib və Ankaranın regionda gərginliyin qarşısını almağa kömək etməyə hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat verib. "Telefon danışığı zamanı İsrail-İra

01:04 70
.

Rəna Soltanova Azərbaycan mediasını təhdid etdi - FOTOFAKT

Qalmaqallarla gündəmdən düşməyən "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova yenidən diqqət mərkəzinə gəlib. Uğursuz estetik müdaxilələri ilə bir çox qadının həyatına mənfi təsir göstərmiş kosmetoloq bu dəfə medianı hədəfə alıb. Son günlərdə növbəti uğursuz əməliyyatın qurban

14.06.2025 196
.

Yeniyetmə Lənkəranda dənizdə boğuldu

Lənkəran rayonunda yeniyetmə dənizdə boğulub. xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində qeydə alınıb. Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub. Daha sonra batan yeniyetmənin meyiti sudan çıxarılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılı

14.06.2025 113
.

TOP MP3