İntizam Məmmədov həbs olundu
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.
BiG.AZ-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, dövlət məmuru "3 yol" adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.
İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane" markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim, çıxım gedim" deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Daha sonra o, "3 yol" adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.
1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.
Lakin məhkəmə onun barəsində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.
Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018-2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər
Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs
11.10.2026 132 Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
11.10.2026 190 Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında
11.10.2026 334 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 167 "Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca
11.10.2026 150 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
11.10.2026 160 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
11.10.2026 210 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11.10.2026 171 Tokayev 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib. "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasını
11.10.2026 177