Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Məktəb yalnız bilik məkanı deyil
Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlər arasında münasibətlərin tənzimlənməsi və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir: "Azərbaycan dünyəvi dövlətdir. Bu, sadəcə hüquqi status deyil, cəmiyyətin təşkilatlanma fəlsəfəsidir. Məktəb isə bu fəlsəfənin ən həssas tətbiq olunduğu məkanlardan biridir. Burada uşaqlar yalnız riyaziyyat və ya ədəbiyyat öyrənmir, onlar şəxsiyyət, vətəndaş kimi formalaşır, ortaq qaydalara hörmət etməyi mənimsəyirlər. Məhz buna görə də məktəbli forması anlayışı hüquqi aktlarda yer alıb. Bu, sosial bərabərliyin, neytrallığın və vahid mühitin təminatıdır. Şagirdlərin eyni geyim standartlarına əməl etməsi onların məktəb kollektivinə mənsubiyyətini gücləndirəcək, ümumi qaydalara hörmət və məsuliyyət hissinin inkişafına kömək edəcək. Məktəbdə hər kəsin əməl etməli olduğu aydın tələblərin mövcudluğu uşaqlara fərdi istəklərlə kollektiv maraqlar arasında tarazlıq yaratmağı da öyrədir. Təhsil müəssisələrində nizam-intizamın qorunması yalnız inzibati tədbirlərlə məhdudlaşmamalı, şagirdlərdə qaydalara şüurlu münasibətin formalaşdırılmasını da əhatə etməlidir".
Geyim qaydaları sosial fərqlərin təsirini azalda bilər
Deputat qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən müqayisələrin, maddi imkanların nümayişinin və bunun nəticəsində yarana biləcək ayrı-seçkilik hallarının aradan qaldırılmasına şərait yaradacaq: "Uşaqların məktəb mühitində geyimlərinə deyil, biliklərinə, bacarıqlarına və şəxsi keyfiyyətlərinə görə fərqlənməsi üçün bərabər imkanların yaradılması vacibdir. Vahid forma bu baxımdan əhəmiyyətli rol oynayacaq. Məktəbdaxili qaydalara əməl olunması şagirdlərin vəzifəsi olmaqla yanaşı, valideynlərin də məsuliyyətli iştirakını tələb edir. Ailə ilə məktəb arasında əməkdaşlıq tələblərin formal şəkildə deyil, şagirdlər tərəfindən mahiyyətcə mənimsənilməsinə kömək edəcək. Vahid geyim qaydalarının əsas məqsədi təhsil prosesinin təşkilinə, qarşılıqlı hörmətə və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir".
Elnarə Akimova qeyd edib ki, məktəb qapısından içəri daxil olan uşaq hər şeydən əvvəl şagirddir: "Onun üzərində hər hansı simvolun daşınması bu neytrallığı poza bilər. Məktəb hamı üçün görünüşdə də, qaydalarda da, yanaşmada da eyni olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 126 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
17:40 0 Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BİG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur
00:23 341 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
17:00 63 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
13:40 146 ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak
15:40 140 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelin
12:40 164 Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
14:42 146 Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir
14:50 131 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
16:00 123