"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib.
Oxu.Az WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib.
BƏƏ-nin dövlət informasiya agentliyi baş prokurorun bəyanatından sitat gətirib:
"İstintaq zamanı müəyyən edilib ki, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən planlaşdırılmış terror aktını törətməyə cəhd edib. O, təyyarəyə nəzarəti ələ keçirməyi və onu Tel-Əvivdəki Ben-Qurion hava limanının sərnişin terminalına kamikadze hücumu həyata keçirmək üçün istifadə etməyi planlaşdırıb. Məqsədi mümkün qədər çox insanın ölümünə səbəb olmaq olub".
Məlumata görə, "Flydubai" aviaşirkətinin ikinci pilotu 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş terror hücumlarının ssenarisini təkrarlamağı planlaşdırıb.
BƏƏ-nin baş prokuroru vurğulayıb ki, ekstremist materialların təsiri pilotda zorakılığı və terrorizmi təşviq edən fikirlərin formalaşmasına səbəb olub. O, həmçinin 2001-ci il sentyabrın 11-də baş vermiş hücumlardan ilham alıb. Əş-Şəmsinin sözlərinə görə, pilot təyyarədən istifadə etməklə oxşar hücum həyata keçirmək qərarına gəlib və pilot olmağa da məhz bu məqsədlə qərar verdiyini etiraf edib.
Dünya
"FlyDubai" reysindəki ŞOK hadisə ilə bağlı pilot həbs edildi: "Az qala ikinci 11 sentyabr baş verəcəkdi" - Foto/Video
İstintaqın məlumatına əsasən, 29 yaşlı Oman vətəndaşı 2017-ci ildə Avstraliyada təhsil aldığı müddətdə radikal fikirlərə meyil göstərməyə başlayıb. O, məqsədli şəkildə aviasiya sahəsində işə düzəlib və marşrutu öyrənmək üçün Tel-Əvivə iki uçuş həyata keçirib.
Daha sonra, sentyabrın 30-da planını həyata keçirməyə cəhd edib. Təyyarənin ekipaj üzvləri və sərnişinlər hücum edən şəxsi zərərsizləşdiriblər. Bundan sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.
Baş prokurorun sözlərinə görə, pilot törətdiyi əməlləri etiraf edib və cinayətdə ona kömək edən şəxslərin olmadığını bildirib.
"İttiham olunan şəxs vəkilinin iştirakı ilə motivləri, planlaşdırma və icra mərhələləri barədə ətraflı etiraf ifadəsi verib, başqa şəxslərin iştirakı olmadan təkbaşına hərəkət etdiyini qəbul edib", - deyə əş-Şəmsi bildirib.
O əlavə edib ki, istintaq pilotun əlbir olduğu şəxslərin olub-olmadığını qəti şəkildə müəyyənləşdirmək üçün bu məlumatları yoxlamağa davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
14:40 136 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
15:30 125 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 459 İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL
"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind
13:35 216 Ailələrə uşaq sayına görə pul veriləcək?
Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini
00:38 293 Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. BİG.AZ həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu
14:50 208 Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
16:20 116 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10:30 187 1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
00:21 315