Moskvaya Yeni il səyahəti - FOTOLAR
2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağa imkan verəcək.
Bu il "Milad bayramına səyahət" festivalı 12-ci dəfə Moskva küçələrində Yeni il möcüzəsi atmosferi yaradacaq və bütün paytaxtı sehrə bürüyəcək. Festivalın təşkil edildiyi 36 meydançada ilin əsas qış bayramına həsr olunan çoxsaylı tədbirlər keçiriləcək. Tədbirlər ziyarətçiləri Moskvanın tarixi, məişəti və Yeni il ənənələri ilə tanış edəcək. Paytaxtın sakinləri və qonaqları boyar dövründən müasir dövrədək şəhərin keçmişinə və bu gününə heyrətamiz səyahətə çıxa biləcəklər.
Azərbaycandan gələn qonaqlar ənənəvi qış xalq əyləncələri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Festivalın ziyarətçiləri konkisürmə meydançalarında sürüşə və buz üzərində qeyri-adi diskotekalarda iştirak edə, körlinq oyununda güclərini sınaya və qar üzərində kirşə sürə biləcəklər. Festivalın təşkil edildiyi məkanlarda peşəkar aktyorların və fiqurlu konkisürənlərin iştirakı ilə 1500-dən çox heyranedici Yeni il tamaşası və buz şousu nümayiş olunacaq. Maraqlı ustad dərslərində isə festival iştirakçılarına hədiyyə bükmək, evi, Yeni il ağacını və Yeni il süfrəsini bəzəmək qaydası öyrədiləcək.
Festivalın balaca qonaqları üçün Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il bayram şənliyi keçiriləcək. Şənlik uşaqların ən böyük arzularını reallaşdıracaq. Böyüklər və uşaqlar qar adamları hazırlayacaq, Yeni il maskaradında iştirak edəcək, karuseldə əylənəcək və "Sehrbazlar məktəbi" adlı ustad dərsində iştirak etməklə əsl bayram ab-havasına qərq olacaqlar.
Səyahətçilər "Moskva çay süfrəsi"ndə iştirak etmək və onun tarixi ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Qonaqlar çay etiketi və qonaqpərvərlik qaydaları ilə tanış olacaq və Moskvanın müxtəlif dövrlərə aid tarixi ab-havasını hiss edə biləcəklər. Teatr meydanında təşkil ediləcək maraqlı teatr proqramı qonaqları keçmişə qaytaracaq və onlara ənənəvi isti un məmulatlarının və Moskva çay kupajlarının dadına baxmaq, çini qablar, mürəbbələr və digər ənənəvi suvenirlər almaq imkanı bəxş edəcək.
"Milad bayramına səyahət" festivalı paytaxt sakinlərinə və qonaqlara bayramın unudulmaz ab-havasına qərq olmağa, hər bir tədbirin keçirildiyi məkanda möcüzəni hiss etməyə, unudulmaz təəssüratlar və emosiyalar almağa imkan verəcək. Festival "Moskva mövsümləri" layihəsi çərçivəsində təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Festival müxtəlif ölkələrdən gələn turistlərə Rusiyanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı yaşadacaq.









BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 11821 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəhəmməd Muradlı Avstriyadakı turnirin qalibi olub, Şəhriyar Məmmədyarov üçüncü yeri tutub
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən "Grand Prix Plus City" turnirinin blits mərhələsində qalib olub. "Report"un məlumatına görə, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub. Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xall
12.05.2024 9990 Qrup turları ilə xarici ölkələrə səyahətin müsbət tərəfləri- AÇIQLAMA
İsti ayların gəlməsi sözüz ki, turizm bazarının inkişafında da özünü göstərir. Qızmar havaların hökm etdiyi günlərdə istər ölkə daxilində, istərsə də ölkə xaricində səyahətə yollanmaq istəyən insanların sayı isə kifayət qədərdir. Ümumiyyətlə səyahətlər yeni insanlarla tanış olmağın ən etibarlı yolu hesa
06.07.2023 14759 İtaliyalı baş məşqçi: "UEFA futbolçulara hörmət etmir"
"UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir". "Report" xəbər verir ki, bunu İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkə
25.02.2023 13975 Türkiyəli futbolçu baş məşqçiyə görə İspaniya klubundan ayrıla bilər
Türkiyə millisinin futbolçusu Arda Gülər İspaniyanın "Real" klubundan ayrıla bilər. "Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, italiyalı baş məşqçi Karlo Ançelotti komandada qalsa, 20 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə vidalaşmaq niyyətindədir
12.04.2025 7198 Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"
PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı Lionel Messinin Paris klubunda lazımi səviyyədə qiymətləndirilmədiyini düşünür. "Report" xəbər verir ki, Fransa millisinin üzvü bunu "Goal"a açıqlamasında bildirib. "Messi bütün təriflərə layiqdir. Amma əslində Fransada layiq olduğ
06.01.2024 11579 Azərbaycanda bu transfer xidmətindən yararlanmağa tələsin - FOTOLAR
Azərbaycanda daxili turlar və şirkət qrupları üçün ən uyğun qiymətlərə VİP nəqliyyat vasitələrinin təşkili xidməti ("rent a car", avtomobili sifarisi, hər dildə danisa bilən sürücü və bələdçi) . Əlaqə nömrəsi: +99 450 711-00-01 (yalnız transfer) . İnstagram: . ترتيب سيارات VIP بأنسب الأسعا
27.09.2022 10857 Avia bilet sifarişi ən ucuz qiymətə !
Dünyanın istənilən yerinə Avia Bilet sifarişi bu qədər asan və ucuz olmamışdı. saytı ilə ən ucuz qiymətə, ən rahat avia şirkətlərlə biletlərinizi asanlıq ala bilərsiz. Azal, Buta airways, Qatar, Turkish airlines və digər hava yolları şirkətləri ilə dünyanın istənilən yerinə getməyiniz mümkündür. Bile
21.12.2021 9630 Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur
Məşhur italiyalı futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur. İdmançı artıq Roma məhkəməsinin şübhəlilər reyestrindədir. "Report" xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Mənbə iddiasına görə, "Canavarlar"ın eks-kapitanı sosial şəbəkələrdə rekla
01.12.2024 9234 Messi "Barselona"dan təklif gözləyir, kluba qayıtmağa hazırdır
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sından təklif gözləyir. "Report" xəbər verir ki, bu barədə jurnalist Qaston Edul sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, 36 yaşlı hücumçu Kataloniya təmsilçisinə qayıtmağa hazırdır. Messi yenidən sabiq komandasını
02.04.2023 14653