1 yaşı olan qızının fotolarını paylaşıb, bunları yazdı
"Gözlərində dənizləri, səmanı, ulduzları, kainatı daşıyan körpəm. O əngin gözlərin hər zaman xoşbəxtlikdən parlasın. İllər keçsə də, saçlarıma əriməyən qarlar yağsa da, belimdə dikəlməyən dağlar qalxsa da, gözlərimdə boz buludlar yer alsa da, sənin üçün hər zaman gülüstan qucağım açıq olacaq".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə qızı Mehribanla bağlı paylaşımında yazıb. Sənətçi 1 yaşı tamam olan qızı ilə bağlı bunları yazıb:
"Savabların sənin olsun, günahlarının cavabını mən verərəm, qızıl saçlım. Sən Allahımın mənə ən böyük sevgi etirafısan. Adın qədər özün də o qədər mehriban, sevgi dolusan ki, bir qarışlıq qollarınla dünyanı qucaqlayıb, əzizləməyə cəhd edirsən. O bapbalaca əllərini uzadıb, üzümü tutaraq, öz üzünə sıxanda, gözlərini gözlərimə dikib, qəhqəhə çəkəndə, bəzən körpə canındakı ağrılara mənim sinəmə yaslanıb, tab gətirəndə, sinəmi yarıb, səni ürəyimin ən təmiz guşəsinə sıxmağım gəlir.
Bu dünya çox gözəldi, amma iztirabı çoxdu, körpəm. Səni bu dünyadan gizlətməyə çalışıram... Qollarımı ətrafında kilidləyirəm, çirkabları görməyəsən deyə... Amma görürəm ki, sən artıq cəngavər ruhlu doğulmusan, dəniz gözlüm. Sənin mənə heç bir borcun yoxdur, olmayacaq da. Amma mən sənə bütün aləmlərdə borcluyam. Bu ömrüm yetməz ki, sənin özünlə mənə gətirdiyin rahatlığın, xoşbəxtliyin, bütövlüyün qarşılığını sənə qaytara bilim. Sənə görə cəhənnəmin dibinə enib, şeytanın buynuzların sındıraram. Nə vaxt qaranlıqlara düşsən, gözlərimin nurunu al, qoy yolunu işıqlandırsın. Ayaqların yorulanda, ürəyimin taqətini al, qoy həyat cığırında addımların büdrəməsin. Həyat qarşında keçilməz sədlər çəkəndə, çiyinlərim sənə pilləkən olsun. Qorxma, mənə heç nə olmaz. Mən sənə fəda olduqca tükənmirəm. Sən mənim ölümsüzlüyümsən. Odur ki, öz illərini gözəl xatirələr üçün saxla, mənim illərimi xərclə özünçün. Səni hər zaman anlamağa çalışacağam, sən məni anlamasan da olar. Çünki mən sən yaşda olmuşam, amma sən hələ mən yaşda olmamısan.
Təki sən ömrünü uzun və bəxtəvər yaşa, mənim pak və əbədi məhəbbətim. Yaxşı ki, gəldin. Yaxşı ki, məni seçdin. Yaxşı ki, məni sevdin. Səni ruhumun, zehnimin gücü çatdığı qədərdən də ötə sevirəm".
Qeyd edək ki, Aydan aktyor İbrahim Çingizlə ailəlidir.


BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230