Azərbaycanda 12 mindən çox insan güləşlə peşəkar səviyyədə məşğul olur
Hazırda Azərbaycanda 12 mindən çox insan güləşlə peşəkar səviyyədə məşğul olur.
Bunu "Report"a müsahibəsində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev deyib.
O, milli idman növünün ölkənin hər güşəsinə yayıldığını bildirib: "Azərbaycanda güləşin kütləviləşməsi baxımından heç bir çətinliklə üzləşmirik. Təbii ki, biz bu sayı daha da artırmağı hədəfləmişik. Bunun üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən bölgələrdə güləşin daha da inkişafı, maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması, infrastrukturun yaxşılaşdırılması bizim üçün strateji önəm kəsb edir. Ölkədaxili yarışların say artımı da kütləviliyə təkan olacaq. Kəmiyyət artdıqca uğurlarımızın sayı da artacaq. Əminəm ki, Azərbaycan güləşi ölkə idmanının bayraqdarı funksiyasını bundan sonra da uğurla həyata keçirəcək".
Federasiya rəsmisi növbəti ilin onlar üçün intensiv keçəcəyini söyləyib: "Xüsusən də 2024-cü ilin ilk 8 ayı haqqında bunu deyə bilərik. Sözsüz ki, əsas məqsəd Paris Yay Olimpiya Oyunlarında maksimum uğurlu çıxış etməkdir. Prioritetlərimiz sırasında Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə təşkili də yer alıb. Ölkəmizdə dəfələrlə nüfuzlu idman yarışları keçirilib. Qonaqlar hər zaman təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. İnanıram ki, bu xoş ənənə növbəti il də davam edəcək. Bu işdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi də böyük rol oynayacaq. Bu yarışların ölkəmizdə güləşin daha da populyarlaşmasına təkan verəcəyini düşünürəm".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1134 Tarix: 31 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 784 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 645 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 925 4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31.10.2026 433 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 637 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 789 FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30.10.2026 478 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 716 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 622