Hərbi xidmətə getmək istəməyən gənclərimiz nə qədər pul ödəyəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda bədəlli hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev deyib ki, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər. Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Bəs Azərbaycanda bədəlli əsgərlik tətbiq olunarsa, ödənişi nə qədər olacaq?
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bədəlli əsgərliyin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər həyata keçirilməlidir:
" Xüsusən biz bilirik ki, əgər Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə və Şuşa bəyannaməsindən sonrakı mərhələdə keçidi təmin olunursa, qardaş ölkədə necə həyata keçirildiyini araşdırmalıyıq. Türkiyə Silahlı Qüvvələrində bədəlli əsgərliyin qiymətləri və ayı müəyyən olunub. Ona görə düşünürəm ki, əlimizdə bir təcrübə var. Üzərindən əsaslanmalı olacağımız məsələ bunun hansı həcmdə qarşılığının müəyyən edilməsidir. Təbii ki, parlamentin müzakirələrində, xüsusən təhlükəsizlik komitəsinin müvafiq komissiyasında müzakirələrin edilməsi çox asan bir məsələdir. Xüsusilə qiymətlərin müəyyən olunması müxtəlif zamanlar üçün müəyyən ediləcək. 3 və 6 ay, 1 il bədəlli əsgərlik var".
Ekspertin sözlərinə görə, ümumiyyətlə əsgərlikdə xidmətin qiyməti zamanına bağlı olaraq hesablamalıdır:
" Ona görə də konkret məbləğ olaraq bunun neçə manat qarşılığında olması ilə bağlı nümunələri olan ölkələr var. Oradan bunu əsas olaraq götürmək mümkündür. Amma hazırda konkret olaraq rəqəm demək ancaq müzakirələrin nəticəsində gelinecek bir qərardır. Əslində istənilən bir halda Azərbaycan Silahlı Qüvvələrində "Hərbi xidmət keçmək haqqında" əsasnamənin tələblərinə uyğun olaraq formalaşmış bir hərbi xidmət keçmə qaydaları var. Amma bu yeni qaydaların parlamentdə müzakirəsi, qanunvericilikdə öz əksini tapması üçün müvafiq təkliflərin üzərindən qərar verilməsini gözləməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6541 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
25.10.2026 309 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı
25.10.2026 351 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
25.10.2026 251 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar
25.10.2026 231 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
25.10.2026 232 Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas
10:00 64 WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind
25.10.2026 304 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25.10.2026 213 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 369