Nikahın bağlanması və pozulması barədə dəyişiklik nədən ibarətdir? - AÇIQLAMA

Nikahın bağlanması və pozulması barədə dəyişiklik nədən ibarətdir? - AÇIQLAMANikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər.
Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Babək Həmidov bildirib ki, dəyişikliyin əsas məqsədi cari situasiyada olan hüquqi boşluğa və intizamsızlığa səbəb olan məsələləri nizama salmaqdan ibarətdir:
"Burada ilkin növbədə nikaha daxil olmaqla bağlı məsələdə elektron informasiya sistemlərindən və ya Ədliyyə Nazirliyinin elektron sistemindən istifadə nəzərdə tutulub ki, artıq vəzifəli şəxslərin tibbi müayinə aktını Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən əldə etməlidirlər. Nikahın pozulması ilə bağlı məsələ problem yaradırdı. Məhkəmə təcrübəsi ilə bu, həll olmuşdu, sadəcə zərurət var idi ki, nikahın pozulması haqqında şəhadətnamə veriləndə də öz həllini tapsın. Məsələ bundan ibarət idi ki, qarşılıqlı razılıqla nikah pozularkən nikahın pozulması haqqında şəhadətnamə verildiyi gündən sayılır. Məhkəmə qaydasında isə nikah pozularkən nikahın pozulması haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən nikah pozulmuş sayılır. Burada şəxslərin əllərində nikahın pozulması haqqında qətnamə olurdu, lakin gedib nikahın pozulması haqqında şəhadətnaməni almırdılar. Ədliyyə Nazirliyində şəxslərin nikahının reysteri var . Həmin reysterdə şəxslər hələ də evli olaraq qalırdılar. Şəxslər nə vaxt müraciət edirdilərsə, həmin vaxtda nikahın pozulması qeyd olunurdu. Məsələn, 2023-cü ilin iyun ayında nikah pozulubsa, şəxs 2025-ci ilin iyun ayında müraciət edirsə, həmin günü nikahln pozulması haqqında şəhadətnamə verirdilər, lakin şəhadətnamənin verilməsini 2025-ci il yazılırdı. Yəni nikahın pozulması haqqında şəhadətnamənin verildiyi tarix yazılırdı. İndiki dəyişikliyə əsasən isə elektron informasiya məhkəmə sitemindən istifadə etməklə nikahın pozulması haqqında məhkəmə qətnaməsinin qüvvəyə mindiyi tarix əsas götürülərək Ədliyyə Nazirliyinin nikah şöbəsi şəhadətnaməyə nikahın həqiqətən pozulduğu tarixi qeyd edəcək. O cümlədən, etibarsızlıq məsələsində də nikahın qeydi, nikahın pozulması haqqında şəhadətnamə verilmir. Sadəcə məhkəmə qətnaməsi əsasında etibarsızlıq hesab olunarsa, nikah qeydi ləğv edilir. Cari dəyişikliklər cari situasiyasiyada olan hüquqi intizamsızlığı nizama salır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1589   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

25.10.2026 309
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25.10.2026 351
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25.10.2026 251
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25.10.2026 231
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

25.10.2026 232
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 64
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 304
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25.10.2026 213
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25.10.2026 369
.