"Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı" - Deputat

"Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı" - Deputat2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qurulub.Azərbaycan gəncliyinin inkişafın­da və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda "Gənclər Günü"nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu:

"Ulu öndərimizin aydın strategiyası ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.
Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük etimad göstərilməsi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman ulu öndər Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil al­mağa göndərmişdi. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər.
1993- cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çe­virdi. Gəncləri "Azərbaycanın gələcəyi" adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən ulu öndər bütün sahələrdə onla­ra böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.Azərbaycan gəncliyinin inkişafın­da və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda "Gənclər Günü"nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu".

Deputat qeyd edib ki, Heydər Əliyevin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu:

"Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladı­ğı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər gəncliyin inkişa­fında mühüm əhəmiyyət kəsb edib. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə baş­lanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ulu öndər Heydər Əliyev hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bugününü və gələcəyini düşünməli olduğu­nu vurğuladı. Forumda ulu öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi.
Heydər Əliyevin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu.
Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqram­larını təsdiq edib. Dövlət başçımız 2007-ci il "Gənclər ili" elan edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" və 2019-2023-cü illər üzrə Azərbaycan Respublika­sında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Res­publikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inki­şafında mühüm rol oynadı. Bu günə qədər Fond tərəfindən 4545 layihə maliyyələşdirilib. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
2013-cü il iyulun 2- də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə "Gənclər üçün Prezidentm Müka­fatı" təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönümündə mühüm əhəmiyyət kəsb edib. Ölkə başçısı gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün çox sayda qərarlar qəbul edib.
Prezident cənab İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə "Gənclər xarici ölkənin nüfuzlu Ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nı təstiq edilmişdir.
Məhz Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edil­di. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə uca­lanların əksəriyyəti gənclərimizidir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.
Bugünkü müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər ,eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər.
Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nəaliyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 299
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

25.10.2026 227
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 0
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25.10.2026 314
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25.10.2026 202
.

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub

25.10.2026 299
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

25.10.2026 236
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 296
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25.10.2026 477
.