Prezidentin təltif etdiyi Rəvanə Ağamirova danışdı: Ən böyük arzum... - VİDEO
Prezident İlham Əliyevin sərəncamı ilə dünən bir qrup gəncə Prezident mükafatı verilib. Bu mükafata layiq görülənlər arasında ifaçılıq istedadı ilə seçilən Rəvanə Seymur qızı Ağamirova da var.
Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova yaradıcılıq müsabiqələrində, festivallarda həmişə istedadı ilə fərqlənib.
O, 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. Bir müddət əvvəl "Ay Laçın" mahnısını oxuyaraq qəlbləri fəth edib.
"Modern"ə danışan Rəvanə Ağamirova bu mükafata layiq görüldüyü üçün Prezidentə təşəkkür edib:
"Mən 2005-ci ildə dünyaya gəlmişəm. İsmayıllı rayonunun Talış kəndində anadan olmuşam. Xanəndəlik üzrə təhsil alıram. Çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Lənkəran gənclər şəhəri elan olunduğuna görə mükafatlandırma orada olacaq, - deyə o bildirib.
Rəvanə bir ildən çoxdur ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarıdır:
"Bir ildən çoxdur ki, orada benefisiar kimi fəaliyyət göstərib, təlim alıram. Müəllimlərimə, xüsusən də mənim əziyyətimi çəkən müəlliməm, vokalist Humay Aslanovaya təşəkkür edirəm".
O bundan sonrakı məqsədlərindən də danışıb:
"Bundan sonrakı fəaliyyətimdə əsas məqsədim konservatoriyanı bitirib, hansısa təhsil müəssisəsində işləməkdir. Hazırda mənim ən böyük istəyim budur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1010 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNicatın axtarışları davam edir - Video
Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. BİG.AZ xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcml
05.08.2026 178 Mal əti bahalaşıb - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
05.08.2026 166 "Bakı İstanbuldan gözəldir"
Türkiyəli jurnalist və aparıcı Fülya Öztürk Bakıya gəlib. Axşam.az xəbər verir ki, aparıcı paytaxtda gəzərkən insanlarla söhbət edib və təəssüratlarını bölüşüb. O, Bakı haqqında xoş sözlər deyərək sakinlərə müraciət edib:. "İstanbuldan daha gözəldir Bakı. Gəlin buraları görün, gəzin. Xəzər dənizin
05.08.2026 217 Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?
"Vətəndaşlara qarşı dələduzluq əməli törədildiyi hallarda hüquq-mühafizə orqanları hadisəni araşdırır və dəymiş ziyanın məbləğindən asılı olaraq təqsirkar şəxsin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakın
05.08.2026 201 Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil
Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə
05.08.2026 156 Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır
"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa
05.08.2026 158 Ergün Kırlıkovalı Talebə məktubunda: Skeptisizminizi Vardanyanın maliyyə şəbəkəsinə yönəldin
Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikolas Talebə açıq məktub dərc edib. "Report" xəbər verir ki, Kırlıkovalı ö
05.08.2026 229 Ceki Çan İçərişəhərdə
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Axşam.az-ın məlumatına görə, aktyor ötən gündən Bakıdadır. Ceki Çan bu gün İçərişəhərdə görüntülənib
05.08.2026 263 Bir gündə 13 nəfəri ildırım vurub öldürdü
Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy
05.08.2026 162