Bir mənzilin iki nəfərə satılmasına son: Düyün çözülür - ARAŞDIRMA

Bir mənzilin iki nəfərə satılmasına son: Düyün çözülür - ARAŞDIRMASənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar... Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son illərdə dələduzluq halları daha da artıb

Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır: "Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. Məhkəmələrdə hələ də çəkişmələr davam edir. Bu qərar belə halların qarşısını alacaq. Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər".

M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur: "Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb".

Hər bina tikənə bu qaydalar şamil edilməyəcək

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək: "Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. Əmlakın reyestr kodu olacaq. Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək".

Reyestrdə mənzil onu alan şəxsin adına qeyd ediləcək

M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq: "Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. İlkin alqı-satqı gerçəkləşir. Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək".
Mənzil ikinci şəxsə bu halda satıla bilər

Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər".

Mənzillərin qiyməti 5-10 faiz artacaq

Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı: "Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər".

Digər ölkələrdə də bu sistem mövcuddur

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur: "Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır".

Əgər şəffaflığa diqqət yetirilsə...

F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir: "Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. Nəticədə zərərçəkən vətəndaşlar olur. Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

TOP MP3